Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1052/2022 01.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi yolunda sərxoş vəziyyətdəidarə etdiyi avtomobil RPŞ-nin əməkdşaları tərəfindən saxlanılmış, YPXB-nə çağrılarkən polis əməkdaşına qarşı nalayiq nalayiq söyüşlər söyərək onalara açıqca hörmətsizlik etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 30 sentyabr 2022-ci il tarixli, MN 1412972-1761 №-li protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli olduğunu və hazırda əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının xx.xx.2022-ci il tarixli alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 1,260 %-dir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İnzibati xətanı inzibati sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00-da Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək, barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 30 sentyabr 2022-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1052/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1052/2022
01.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver