Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1056/2022 14.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, X2 iştirakı ilə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 30 yanvar 2022-ci il tarixli ,EPQ ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli, EXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 30 yanvar 2022-ci il tarixli ,EPQ ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 211.3-cü maddəsi ilə 200 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nin sahə inspektoru Xudafrimov Hicran Tapdıq oğlu tərəfindən 27 dekabr 2021-ci il tarixdə, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək onun guya 27 dekabr 2021ci il tarixdə, saat 6-12 radələrində Elmlər Akademiyası metorusunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətdiyim əsası ilə bu barədə protokol tərtib edilmişdir. Daha sonra Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 30 yanvar 2022-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərar əsasında 200 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən qərar və protokulun surəti ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir. O, inzibati xəta haqqında qərarı rəsmi qaydada xx.xx.2022-ci il tarixdə aldığı üçün qərardan şikayət verilmə müddətini də ötürməmişdir. O, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 30 yanvar 2022-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərarla razılaşmırdır. Belə ki, qeyd edilən protokolda inzibati xətanın mahiyyəti ümumiyyətlə göstərilməmişdir. İnzibati xətanın törədildiyi vaxt səhər saat 6-12 kimi qeyd edilmişdir ki, həmin vaxtın beynəlxalq normalarla saat neçə olduğunu o, müəyyənləşdirə bilmir, çünki saat 6-12 dedikdə mən saat 6-dan sual 12-yə qədər olan zaman interval başa düşür. Protokolda isə xətanın törədildiyi vaxt, zənnincə. konkret göstərilməlidir. Protokolda nə onun izahatı, nə onun imzası, nə də protokol tərtib edən şəxsin imzası mövcuddur. Onun imzası istəsə də, həmin protokolda ola bilməzdi, çünki o, həmin tarixdə, ümumiyyətlə Bakı şəhərində olmamışdır. O, Quba rayon sakinidir və həmin protokol tərtib edilən tarixdə də Quba şəhərində olmuşdur. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati xəta törədilən zaman inzibati xətanın subyekti kimi onun mahiyyəti göstərilməyən hər hansı inzibati xətanı törətməkdə iştirakı olmadan tərtib edilmiş və tələskənlikdən onun şəxsiyyət vəsiqəsinin seriyası həm AZE, həm də AA kimi qeyd edilməklə, fərdi identifıkasiya nömrəsi isə ümumiyyətlə qeyd edilməmişdir. Əksini, yəni onun həmin tarixdə Bakı şəhərində. Elmlər Akademiyası metrosunda olmağını və protokolda və qərarda mahiyyəti və zamanı göstərilməyən bir inzibatı xətanı törətməyini sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında protokol və qərər qəbul etmiş polis əməkdaşlarının üzərinə düşür. Eyni zamanda protokolu imza etməkdən imtina etməyi ilə bağlı da hər hansı qeyd yoxdur. Onun barəsində Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilən inzibati xəta haqqında protokol və qərarda inzibati xətanın ümumiyyətlə nədən ibarət olması qeyd edilmədiyindən və bu hal inzibati xəta hadisəsinin olmamasına dəlalət etdiyindən, eləcə də onun həmin tarixdə saatı protokolda qeyri-müəyyən olaraq 6-12 kimi göstərilən zaman intervahnda Bakı şəhərində olmadığından və bu inzibati xəta hadisəsinin subyetkinin o, olmamasının, bununla da inzibati xəta tərkibinin olmamasına dəlalət etdiyindən qeyd edilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xilam verilməsi üçün əsasdır. Qeyd etdiklərinə əsasən həmin qərar ləğv edilərək onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Yasamal rayon Polis İdarəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ,EPQ ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Elmlər Akedemiyası metrosunun yaxınlığında Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 200 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, protokolda və qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2022-ci il tarixli ,EPQ ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2022-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1056/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1056/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver