Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1056/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ31309552 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3cü maddələri ilə nəzərdə tutularaq barəsində tərtib edilmiş EQ31309552 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 31309552 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, “Toyota Camry” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili o, yox etibarnamə əsasında qardaşı X7 idarə edir. Bu faktı məhkəmə iclasında qardaşı X7 özü də təsdiq edə bilər. İşi ilə əlaqədar avqust ayından ümumiyyətlə avtomobil idarə etməmişdir. Sözügedən qərarın mövcudluğundan xəbəri olmamışdır. Quba rayon Polis şöbəsinin dövlət yol polis bölməsinə müraciət etdikdə bu barədə məlumatı olmuş və qərarın surətini 04.11 2025-ci il tarixdə əldə etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, “Toyota Camry” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün sonuncu dəfə etibarnamə ona verildiyindən inzibati xətaya dair cərimələr ona gəlmişdir. xx.xx.2025-ci il tarixdə avtomobili qardaşı X7 idarə etmişdir. Həmin vaxt özü (Zaur Kamilov) Qusar rayon Mərkəzi xəstəxanasında stasionar mualicədə olmuşdur. Məhkəmə iclasında şahid X7 bildirdi ki, 2025-ci ilin iyun ayından hazıra kimi “Toyota Camry” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Ona həmin avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN Quba RPŞ BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməklə, inzibati xəta haqqında işə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin İXM-nin 332.3-ci maddəsinə əsasən, Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan inzibati xəta haqqında elektron qərarı surətindən görünür ki, X6 “TOYOTA CAMRY MİNİK” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının yanında Qəçrəş kəndi istiqamətində hərəkətdə olarkən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilmişdir. İş materiallarına əlavə olunan BD 380019 seriyalı Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən göründüyü kimi, “TOYOTA CAMRY MİNİK” markalı **-TZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyytda olan X1 adınadır. İş materiallarında olan nəqliyyat vasitəsini istifadə edilməsi haqında etibarnamədən görünür ki, “TOYOTA CAMRY MİNİK” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 avtomobili nəqliyyat vasitəsindən istifadə hüququ əsasında X6 oğluna etibar etmişdir. Etibarnamə xx.xx.2031-ci ilə kimi qüvvədədir. İş materiallarında olan nəqliyyat vasitəsini istifadə edilməsi haqında etibarnamədən görünür ki, “TOYOTA CAMRY MİNİK” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 avtomobili nəqliyyat vasitəsindən istifadə hüququ əsasında X7 oğluna etibar etmişdir. Etibarnamə xx.xx.2031-ci ilə kimi qüvvədədir. İş materiallarında olan BC 455889 nömrəli sürücülüük vəsiqəsindən görünür ki, X4 B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilən Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülkiyyətçi X3 “TOYOTA CAMRY MİNİK” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X5 etibarnamə vermişdir. Etibarnamə vermiş, daha sonra X4 həmin nəqliyyat vasitəsi ilə bağlı etibarnamə verilmişdir. X4 verilmiş etibarnamənin qüvvədə olma müddəti xx.xx.2031-ci il tarixdə bitməsi nəzərdə tutulmuşdur. “TOYOTA CAMRY MİNİK” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında X5 inzibati tənbehlər verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsin müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəlinə biləcəyindən, şikayət icraata xitam verilməsi hissəsində təmin edilməməli, beləliklə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1 -ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrilə tərtib edilmiş EQ31309552 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1056/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1056/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver