Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1060/2022 17.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, xx.xx.1992-cu ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, X5, Şəxs və X6 xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Quba rayonu, Mirzəqışlaq kəndində qəbirstanlıq yaxınlığında qumar kartları ilə pul müqabilində “poker” oyunu oynamışlar . Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə və X2 barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolla xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə və X2 barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış, inzibati xəta haqqında protokol məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş və hazırda yekun protokolun qəbul edilməsindən 3 aydan çox vaxt keçmişdir. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta işi üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1060/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1060/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver