Məhkəmə qərarları › İş №3(027)-1062/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1062/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1062/2024 23.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba şəhəri, Ərdəbil küçəsi, ev 129 ünvanında yaşayan Şəxs basində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə və Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Quba şəhəri, 1 saylı tam orta məktəbin mətbəxində işləyən Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Quba şəhərində qudası Şəxs onun üz nahiyəsinə əli ilə vurduğunu bildirmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Quba şəhərində 01 saylı orta məktəbin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətində solda sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, qızı Firəngizlə Baharın oğlu 2017-ci ildə ailə qurublar. Onların bu nigahdan 2 övladları doğulub. Firəngiz ayrılarkən 03 yaşlı oğlu Yusifi özü ilə gətirmişdir. 05 yaşlı digər nəvəsi Bahar isə atasının yanında qalmışdır. Bahar Quba şəhəri 01 saylı orta məktəbdə oxuyur. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində o, qızı Firəngizlə birlikdə Baharı öz evlərinə gətirmək üçün 01 saylı məktəbə getmiş, həmin vaxt qudası Bahar da məktəbin həyətində olmuşdur. Firəngiz nəvəsini dərsdən götürüb gəlmiş, qudası Bahar onların uşağı aparmaqlarına etiraz etməyə başlamışdır. Həmin vaxt o, Baharın yaxasından tutub saxlamış, sonra da onun qolundan tutub itələmişdir. Mübahisələri təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt orada o və qudası Bahar olmuşdur. Mübahisə zamanı Bahar onu vurmamışdır. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin sentyabr ayından oğlu Abas və gəlini Firəngiz yola gedə bilmədikləri üçün ayrı yaşayırlar. Lakin onlar boşanmaq üçün hələ ki, məhkəməyə müraciət etməyiblər. Abas işlədiyi üçün nəvəsi Baharı oxuduğu Quba şəhəri 01 saylı orta məktəbə özü aparıb gətirir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində nəvəsi Baharın dərsinin qurtarmağını məktəbdə gözləyərkən gəlini Firəngizlə anası Mehribanın məktəbə gəldiklərini görmüşdür. Firəngiz uşağı özü ilə aparmaq istəmiş, o etiraz etdikdə Mehriban məktəbin həyətində onun yaxasından tutub onu saxlamışdır. O, onun əlindən çıxmaq istəyəkən Mehriban əli ilə onun sol üz nahiyəsinə vurmuşdur. Həmin vaxt Firəngiz nəvəsi Baharla birlikdə məktəbin darvazasından çıxıb getmişlər. Bundan sonra Mehriban onu buraxmışdır. Mübahisələri təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt orada o və Mehriban olmuşdur. Mübahisə zamanı o, Mehribanı vurmamış, təhqir etməmişdir. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 990 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət - sifətində solda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2024-cü il tarixdə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti inzibati təsir tədbiri görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və barəsində inzibati icraat aparılan şəxslərin bir-biriləri ilə barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında icraata zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar