Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1063/2022 05.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Quba rayonu, Qırız kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Qırız kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığları kəndin dağlıq örüş sahəsində, həmkəndlisi Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən hər iki əli ilə yapışaraq onu yerə yıxmışdır. Bununla bağlı Quba rayon Qonaqkənd PB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 16 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Quba rayonunun Qırız kəndinin dağlıq ərazisində qoyun növbəsində qoyunları otaran zaman ondan xeyli aralı məsafədə olan Zərərçəkmiş şəxsda qoyun otardığını bildirmişdir. Həmin vaxt onun yaxınlığında kənd sakini olan Qələmşah adlı şəxsdə qoyun otarmışdır. O, Qələmşahın tonqal qalayıb çay qoyduğunu, onun yanına çay içməyə oturduğu zaman Şaiqin öz sürülərini onun sürüsünə yaxınlaşdırıb onun yatmış sürülərini oyatdığını görmüşdür. Bunu görən zaman Şaiqə onun heyvanlarına dəyməməsini, aralıdan getməsini demişdir. Şaiq onun dediyi sözə əməl etmədiyi üçün ona təhqir edici sözlər dediyini bildirmişdir. Şaiqin də onun ailəsinə nalayiq söyüşlər söydüyünü buna görədə hövsələdən çıxıb sinəsindən əlləri ilə arxaya itələmiş həmin vaxt Şaiqin də onun sinəsinə yumuruğ vurduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 16 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Quba rayonunun Qırız kəndinin dağlıq ərazisində qoyun otardığı zaman həmkəndlisi Şəxsda həmin ərazidə qoyun otardığını bildirmişdir. Bu zaman Vasifin qoyunları onun qoyunlarının yanına gəldiyini görüb qarışmasınlar deyə Vasifin qoyunlarını sürmüş, bu zaman Vasif oturduğu yerdən duraraq ona nalayiq söyüşlər söydüyünü və onun boğazından iki əli ilə sıxıb onu arxası üstə yıxdığını bildirmişdir. O, Vasifi vurmadığını həmin vaxt orada Qələmşah adlı kənd sakinin olduğunu amma onlara qarışmadığını demişdir. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM- nin 157-ci (döymə) maddəsinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin X4 göndərilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının 865 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər-hansı xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1063/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1063/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver