Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1063/2025 01.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayonu Yol Patrul Xidmətinin əməkdaşı X3 iştirakı ilə X4 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPX-nın Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X7 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Quba RPŞ DYPX-nin 08 avqust 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 327.2 maddəsi ilə TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh qərarı qəbul edilmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti təmin edilməmiş, lakin Sumqayıt Apelleyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı (İş N3(105)-585/2025) ilə müəyyən edilmişdir ki, şikayət ərizəsi səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmışdır. Bu səbəbndn apellyasiya instansiyası Quba Rayonn Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarını və xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək,işi hazırlıq iclas mərhələsinə qaytarmışdır.Daha sonra Quba Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qəradadla apellyasiya məhkəməsinin göstərişinə əsasən işi şikayətçiyə geri qaytarmışdır.Şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması səbəbindən X1 şəxs qismində barəsində olan inzibati qərar qəbul edilmiş şəxs kimi qanunvericiliyə uyğun şəkildə məhkəməyə yenidən müraciət edir. Aşağıda göstərilən səbəblərə görə barəsində tərtib olunmuş qərarı əsassız hesab edir, ona görə də qüvvədə olan qanunvericiliyə görə ləğv olunmasını tələb edir. X7 məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Quba rayonu Yol Patrul Xidmətinin əməkdaşı X6 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, inzibati xətanın törədilməsindən artıq uzun müddət keçməsinə görə videogörüntü saxlanılmamışdır. Odur ki, məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin qeyd edilməlidir ki, Ehtiram Əliyev cərimə məbləğinin ödənişini həyata keçirmişdir. Hesab edir ki, Ehtiram Əliyevin şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş inzibati xəta haqqında 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Sonata markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM–nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Hazırki halda məhkəməyə videogörüntülərin təqdim edilməsi mümkün olmamışdır. Belə ki, inzibati tənbeh tədbiri barədə qərar 08 avqust 2025-ci il tarixdə tərtib edilməklə, görüntülərin hazırki tarixədək saxlanılması mümkün olmamışdır. Quba RPM YPX-nın əməkdaşı məhkəmə icnlasınida verdiyi izahatda qeyd edilən halı təsdiq etmişdir. Lakin nəzərə alınmalıdır ki, şikayətçinin özünün də şikayət ərizəsində bildirdiyi kimi Ehtiram Əliyev tərəfindən mübahisələndirilən qərar üzrə müəyyən olunmuş cərimə məbləğinin ödənişi artıq həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən şəxsin inzibati tənbeh tətbiq etmə haqqında qərarla razılaşmadığı təqdirdə, rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində qərarı mübahisələndirilməsi imkanı nəzərdə tutulmuşdur. İşin hallarından müəyyən edilir ki, şəxs cərimə məbləğinin ödənişini həyata keçirmiş, daha sonra isə bu hüququndan istifadə etmişdir. AR İXM-in Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş qərarın ləğv edilməsi üçün əsas olmadığından, X4 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPX-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh barədə qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-1063/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1063/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver