Məhkəmə qərarları › İş №3(027)-1067/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1067/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1067/2022 26.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Keskinkılıç Hasanın inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* №li qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: Keskinkılıç Hasan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin BDYP-nın İİ tağım YPX inspektoru polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və onun əsasında tərtib edilmiş qərar ləğv edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Keskinkılıç Hasan şikayətini onunla əsaslandırmışdır ki, o, Beynəlxalq yükdaşımalarla məşğuldur. 02 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olmuşdur. Türkiyə Cümhuriyyətinə getmək üçün Quba-Bakı yoluna daxil olmuş, 03 oktyabr 2022-ci il tarixdə saat 06:59-da Bakı-Quba yolunun 160-cı kilometrliyindən Quba rayonu İqriq kəndi ərazisində hərəkət edərkən Ağçay çay üzərində olan körpüdə işıqlandırma sistemi olmamış, körpüdə qoyulan beton dirəkləri görünmədiyi üçün o, həmin ərazidə yol nəqliyyat hadisəsi törətmişdir. Bu hadisə nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsinin tələbin pozduğu üçün 03 oktyabr 2022-ci il tarixə İXP ******* nömrəli prokotol tərtib edilmişdir Hadisə nəticəsində onun idarə etdiyi **-KM-*** Türkiyə nömrəli TİR-a beynəlxalq yükdaşıma avtonəqliyyat vasitəsinə ziyan dəymiş, avtonəqliyyat vasitəsinin qabaq hissəsi dağılmış, motor, təkər hissəsi yararsız hala düşmüşdür Hadisə nəticəsində o, artıq dörd gündür ki, Azərbaycandadır. Hadisə nəticəsində o, maddi ziyana uğramışdır. Ona külli miqdarda ziyan dəymiş, qəza nəticəsində dayandığı üçün gömrükə əlavə pul ödəməlidir, apardığı yükün məhv olma təhlükəsi yaranmışdır. Göründüyü kimi xətanı törətməyinə səbəb yolun hərəkət hissəsində işıqlandırma sisteminin olmaması, yolda maneə olarkən işıqqaytarıcı nişanların olmaması olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş Keskinkılıç Hasan və Quba rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Hasan Keskinkılıçın və Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Hasan Keskinkılıçın şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Keskinkılıç Hasanın Azərbaycan Respublikası DİN-nin BDYP-nın İİ tağım YPX inspektoru polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və onun əsasında tərtib edilmiş qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Keskinkılıç Hasanın Azərbaycan Respublikası DİN-nin BDYP-nın İİ tağım YPX inspektoru polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və onun əsasında tərtib edilmiş qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar