Məhkəmə qərarları › İş №3(027)-1068/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1068/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1068/2022 10.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 və Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin nümayəndəsi X4 iştirakı ilə, X6 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Qida X2 regional bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 avqust 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi Zaur Fərzəliyev tərəfindən qəbul olunmuş 22 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 289.0.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin rəisi Zaur Fərzəliyev tərəfindən barəmdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək guya baytarlıq baxışından keçirilməyən, baytarlıq tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmayan yerlərdən kənarda heyvanların kəsilməsinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Qərarı 03 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada almışdır. O, qeyd edilən qərarla aşağıda göstərdiyi əsaslara görə razılaşmır: Mübahisələndirdiyi qərarda göstərilir ki, onun barəsində 23 avqust 2022-ci il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Onun həmin protokoldan ümumiyyətlə məlumatı yoxdur. həmin protokolun hansı vəziyyətdə, kim tərəfindən tərtib edilməsi, protokolda nələrin qeyd edilməsi ona məlum deyildir. Çünki nə protokol tərtib edilərkən iştirakı təmin olunmamış, nə də həmin protokol onun tərəfindən imzalanmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir): 100.4-cü (protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur) maddələrinin tələbləri pozulmuşdur Qərar qəbul edən orqan bütün bunların heç birinə məhəl qoymadan Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 106.0.3-cü (inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi); 106.0.4-cü ( işin icraatını rədd edən hallar mövcuddurmu); 106.0.5-ci ( mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırım); 106.0.6-cı (işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı) tələblərini pozaraq qərar qəbul etmişdir. Belə ki, qərarda qeyd edilən baytarlıq baxışından keçirilməyən, baytarlıq tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmayan yerlərdən kənarda heyvanların kəsilməsi” halı ümumiyyətlə onun tərəfindən həyata keçirilməmiş, o, ürək əməliyyatı olan xəstə adamdır və heyvan kəsimi kimi ağır işlə məşğul olmaq onun həyatı üçün təhlükəlidir. Onun baytarlıq baxışından keçirilməyən, baytarlıq tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmayan yerlərdən kənarda heyvanların kəsimi ilə məşğul olmağı halını sübut etmək vəzifəsi barəsində qərar qəbul edən orqanın üzərinə düşür. Hətta inzibati xəta haqqında qərar qəbul edən orqan inzibati işə baxarkən onun iştirakını da təmin etməmiş, belə ki, inzibati xəta haqqında iş üzrə bildiriş ona xx.xx.2022-ci il tarixdə çatdırılmışdır ki, həmin tarixdə çoxdan onun barəsində artıq qərar qəbul edilmişdir. Onun sahibkar kimi VÖEN-i olsa da, 1 il 6 aydan çoxdur ki, heç bir fəaliyyətlə məşğul olmur. Buna baxmayaraq əgər Azərbaycan Respublikası Qida X5 Regional Bölməsi sahibkar kimi onun fəliyyətini yoxlamaq qərarına gəlmişdirsə, bununla bağlı ona qabaqcadan məlumat verməli və yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirməli idi. Lakin bununla bağlı da ona hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Qida X5 Regiona Bölməsinin əməkdaşları tərəfindən onunla bağlı sahibkar kimi inzibati xəta haqqında qerar qəbul edilsə də, sahibkar kimi onun olmayan fəaliyyəti həmin qurum tərəfindən yoxlanılmamış, yoxlama ilə bağlı hər hans qərar qəbul edilməmiş, yoxlama qərarı ona təqdim edilməmiş, yoxlama ilə bağlı məlumatlar müvafiq dövlət reyestrinə daxil edilmədən qanunvericiliklə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Bir sahibkarın fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanmadan ona maraqlıdır ki, baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı hansı vəziyyətdə aşkar edilmiş və bununla bağlı da qərar qəbul edilmişdir. Bütün bunlar bir daha onu göstərir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar müvafiq araşdırma aparılmadan inzibati xəta hadisəsi olmadan tərtib edilmişdir. Qeyd edilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd etdiklərinə əsasən hesab edir ki, həmin qərar ləğv edilərək onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. O, yuxarıda qeyd edilən inzibati xətanı törətməmişdir. Göründüyü kimi, onun əməlində inzibati xətanın tərkibi yoxdur və onun təqsirliliyini qeyd etmək üçün Qida Təhlükəsizliyi agentliyi qanuna zidd əldə edilmiş sübutlardan istifadə edir. Bu hal isə iş uzrə icraata xitam verilməsinin əsaslarına aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X8 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, adına olan VÖEN-i bağlatdırmışdır, cərimə olunduğu tarixdə işləməmişdir. 1 il 6 aydan çox müddətdir ki, heç bir fəaliyyətlə məşğul olmur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin 22 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin nümayəndəsi X7 şikayəti qəbul etməyərək, bildirdi ki, polis şöbəsinin protokolu əsasında qərar qəbul olunub. Hazırki protokolu polis şöbəsi tərtib edib, onlara təqdim etmişdir. Həmin tərtib olunmuş protokolda vətndaşın imzası, izahatı və protokola dair hıər hansı qeydi yoxdur. Protokolda sahibkara protokolun göndərilməsi barədə və həmin protokolun vətəndaş tərəfindən rəsmi qaydada alması barədə qeydiyyat yoxdur. Hazırkı şikayəti əsassız hesab edir təmin olunmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 23 avqust 2022-ci il tarixli MN1412798 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Qida X2 regional bölməsi tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, 22 sentyabr 2022-ci il tarixli qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmiş, X1 prokoldan xəbəri olmamış, həmin protokol tərtib olunarkən X6 iştirakı təmin olunmamışddır. Beləliklə, məhkəmə hesab edir ki, X6 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi X9 tərəfindən X8 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 22 sentyabr 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X2 Regional bölməsinin rəisi X9 tərəfindən X8 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 22 sentyabr 2022-ci il tarixli qərar ləğv edilsin və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar