Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1068/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1982-ci il təvəllüdlü, Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, 02:15 radələrində, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən marketdən 34,80 manat dəyərində spirtli içki və latoreya oğurlamışdır. Ona görə də Quba RPŞ-nin, İTB-nin sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında MN 1688112- 5064 saylı protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus marketdən 34,80 manat dəyərində spirtli içki və latoreya oğurlamamış, sadəcə nisyə götürdüyünü öz-özlüyündə fikirləşmişdir. Lakin, bu barədə Zərərçəkmiş şəxs məlmat verməmişdir. Hazırda ziyanı ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır və bir daha belə əməl etməyəcəyini bildirib ona həbs verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02 radələrındə işlətdiyi mağazaya gələn Mahır Rzaxanov kimi tanıdığı şəxs daxil olduqdan sonra ondan 1 ədəd 0.5 İtr həcmində “Kuller” və 1 ədəd 0.5 İtr həcmində “EFES” içkisi , 2 qutu “Keno” markalı siqaret, 1 ədəd “Xrustin” adlı suxari, 1 ədəd şəffaf sellefanda olan fındıq, 1 ədəd “Çiko” markalı fındıq götürdükdən sonra, o, kassanın qarşısında olan hər biri 1 manat dəyərli lotoreyyalardan 17 ədədini pozmuş, o, Mahirə “ver məhsulları ödəniş üçün hesablayım” dedikdə Mahır “yaxşı” deyib və qaçıb getmişdir. O, Mahiri vurmamış, döyməmiş, Mahir yalan bildirib. Onun yanında həmin vaxt mağazada Əli Cəbrayılov adlı şəxs də olub və o, şahiddir. Onun obyektində olan kameralar görüntüləri yaddaşda saxlamır, təmir üçün müraciət edib. Ona ümumilikdə 1 ədəd 0.5 İtr həcmində “Kuller”- 2.60 qəpik,-1 ədəd 0.5 İtr həcmində “EFES” içkisi -3.50 qəpik,-2 qutu “Keno” markalı siqaret- umumı 5.20 qəpik,-1 ədəd “Xrustin” adlı suxari-1.20 qəpik,-1 ədəd şəffaf sellefanda olan fındıq -3.50 qəpik,-1 ədəd “Çiko” markalı fındıq-1.80 qəpik,-bir ədədi 1 manat olan 17 ədəd lotoreyya götürməklə 34.80 qəpik ziyan dəymişdir. Bu kimi hallar dəfələrlə baş verdiyindən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/2703 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Zərərçəkmiş şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, protokolu və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Həmin inzibati həbsin başlanğıcı 25 dekabr 2024-cü il tarixdən, saat 14:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə təqsirli bilinərək, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 25 dekabr 2024-cü il tarixdən, saat 14:40-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1068/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1068/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver