Məhkəmə qərarları › İş №3(027)-1070/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1070/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1070/2024 26.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Quba rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi «BMW 520 D” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Quba rayonu, Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən 22 dekabr 2024-cü il tarixdə, İXP 676850 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, həmin gün uşağı xəstə olduğundan onu xəstəxanaya aparan zaman yol hərəkəti qaydalarını mütamadi pozduğunu və polisin saxla əmrinə məhəl qoymamışdır. Hərəkətdə olduğu yolda, nəzərdə tutulmuş sürət həddini aşsa da lakin sürət həddini 120km/saat və ondan yuxarı hədd də aşmamışdır. Qeyd olunan pozuntuları avtoxuliqanlıq niyyəti ilə etməmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alınmasını xahiş edir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanlara uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi «BMW 520 D” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokol tərtib edtmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, Quba rayon Məhkəməsinin 3(027)-1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsindən Azərbaycan Respublikası İXMnin 511.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalından çıxarışdan görünür ki, Şəxs İİİ qrup əlildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə - aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İnzibati xəta törətməsini etiraf edib, bu xətanın törətməsindən səmimi peşmançılıq çəkməsini, İİİ qrup əlil olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar