Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1071/2021 27.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs oğlu 09 avqust 2021-ci il tarixində saat 23:30 radələrində Quba rayonu, İİ Nügədi kəndində üzərində şəxsi axtarış aparılan zaman üzərindən 0,155 qram narkotik olan qurudulmuç marixuana aşkar olunaraq götürülmüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs oğlunun barəsində 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu bildirdi ki, narkotik vasitə olan marixuanadan 2-3 aya yaxın müddətdir ki, istifadə edir. 09 avqust 2021-ci il tarixdə axşam saatlarında özü istifadə etmək üçün narkotik vasitə olan marixuana əldə etmək qərarına gəlmişdir. Ona məxsus ***-***-**-** saylı mobil nömrədən onunla eyni kənddə yaşayan X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Vatsap” sosial şəbəkəsi vasitəsilə zəng edərək qonağı gəldiyini, onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Ayxan da ona özündə narkotik vasitə olduğunu, halhazırda Nabranda olduğunu, yaşadığı kəndə gələndən sonra ona xəbər edəcəyini bildirmişdir. Ayxanla danışdıqdan təxminən 2 saat sonra ona 15-20 dəqiqəyə çatmasını demiş, o da yola tərəf çıxıb Ayxanı gözləyəcəyini bildirmişdir. Görüş təyin etdiyi yola doğru çıxmış, Ayxan da təxminən yarım saat sonra həmin yerə gəlmişdir. Saat təxminən gecə 12 radələrində onlar görüşmüş və Ayxan ona siqaret qulusu vermişdir, içində 1 ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuana olduğunu demişdir. O da siqaret qutusunu Ayxandan götürüb içində olan bir “baş” marixuananı qutunun içindən götürüb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Sonra o siqaret qutusunun içinə 10 manat pul qoymuş və Ayxana pulun qutunun içində olduğunu demişdir. Onlar oradan ayrılmış və evə doğru getməyə başlamışdır. O marixuananı aldıqdan 15-20 dəqiqə sonra, yəni 10 avqust 2021-ci il tarixdə saat təxminən 00:30 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək vəkilin iştirakı ilə videoçəkilişlə ona üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmişdirlər. O da əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd içərisində marixuana olan ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Ondan həmin kütlənin nə olduğu və haradan əldə etməsi soruşuldu. O da məsuliyyətdən yaxa qurtaracağını düşündüyündən həmin kütləni qonağı üçün 15-20 dəqiqə bundan qabaq həmkəndlisi Ayxandan 10 manata aldığını və üzərində saxladığını polis əməkdaşlarına bildirmişdir. Lakin həqiqətdə həmin narkotik vasitə olan marixuananı o öz istifadəsi üçün almışdır. Həmçinin o Ayxan Paşayevə də narkotik vasitəni qonağı üçün aldığını desə də, öz istifadəsi üçün həmin narkotik vasitəni əldə elmişdir. Üzərindən aşkar olunmuş bir ədəd kağız bükülü elektron tərəziyə qoyularaq ölçülmüş, çəkisi 0,3 qram olmuş, sonra isə həmin narkotik vasitə olan marixuana zərfə qoyularaq qablaşdırılmış, o və vəkili həmin zərfi imzalamışdır. Polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamış, keçirilmiş tədbirə heç bir etirazı olmamışdır. O həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün Ayxan Paşayevdən almış, lakin istifadə etməmiş, aldıqdan qısa müddət sonra polis əməkdaşları üzərində narkotik vasitə olan marixuananı aşkar etdiyindən, istifadə etməyə imkanı olmamışdır. Ayxan Paşayevin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmadığını Ayxan Paşayevin narkotik vasitələrin satışı ilə məşğul olmasını 3-4 aya yaxın müddətdir ki bildiyini, bu barədə kənd ərazisində gəzən söhbətlər əsnasında məlumatım olduğunu, əvvəllər Ayxandan narkotik vasitə almadığını, ilk dəfə 09 avqust 2021-ci il tarixdə 10 manat pul müqabilində “1 baş” narkotik vasitə olan marixuana aldığını bildirmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 27 dekabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 27 dekabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən götürülmüş 1 ədəd bükümdəki çəkisi 0,155 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1071/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1071/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver