Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1083/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonu, İsnov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İsnov kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Quba rayonu Gədikqışlaq kəndində evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, həyat yoldaşı Şəhanə ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nikahdan 3 övladı vardır. Aralarında müəyyən söz-söhbətlər baş vermiş, bununla belə anlaşmışlar. Bir qədər spirtli içkiyə meyil edərək evə sərxoş halda gəldiyi üçün dəfələrlə Zərərçəkmiş şəxs ilə aralarında mübahisələri baş vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində növbəti dəfə evə içkili halda gəlmiş, Şəhanə əvvəlcə iradlarını bildirmiş, lakin artıq deyinərək ucadan danışdığı üçün qəzəblənərək onu döymüşdür. Münaqişə birgə yaşadıqları evdə baş vermiş, orada başqa heç kim olmamış, münaqişə təqribən 15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, son vaxtlar Asim hər gün spirtli içki qəbul edərək onunla mübahisə etmiş, xx.xx.2023-cü il tarixdə də saat 20 radələrində yenidən evə içkili halda gəlmiş, buna görə ona iradlarını bildirməklə boşanacağını söyləmişdir. Asim bu sözünə görə əvvəlcə onu söyərək sonradan yumruqla başına, sifətinə, təpiklə isə ayaqlarına vuraraq döymüş, boşanacağı təqdirdə onu və uşaqlarını öldürəcəyi ilə hədələmişdir. Sonradan səhər saatlarında AR DİN 102 xidmətinə zəng vurmaqla bu barədə məlumat vermişdir. Münaqişələri birgə yaşadıqları evdə baş vermiş, evdə başqa kənar şəxs olmamışdır. Münaqişə təqribən 1 saata yaxın davam etmişdir. Halhazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində içkili halda birgə yaşadıqları evə gələrək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq-təpiklə baş və bədənin digər nahiyyələrinə vuraraq döymüş, sonuncuya fiziki ağrı yetirmişdir. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onlar barışmışdır və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1083/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1083/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver