Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1089/2020 28.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Quba rayonunun Dağlı kənd ərazisində olarkənd “Qafqaz TV”-yə məxsus stansiyada narkotik vasitə olan marixuanadan istifadə edərək nəfəs yolu ilə daxilə çəkərək istifadə edən zaman aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN 08620008 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, X1 təxminən 8 ildir ki, tanıyır və hazırki vaxtadək dostluq münasibətləri vardır. O, yeyib-içmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Qusar rayonunda yaşadığı evdən çıxaraq əvvəlcədən aralarında olan telefon danışığı zamanı razılaşdıqları kimi Elnur Manafovun mühafizəçi çalışdığı Quba rayonu, Dağlı kəndində yerləşən “Qafqaz” TV-yə məxsus stansiyaya getmişdir. O, Elnur lyianafovla qeyd etdiyi yerdə görüşmüş və Elnurun xidməti otağında birlikdə yemək yemiş və bir ədəd 0,70 litrlik spirtli içki olan araq içmişlər. Bundan sonra Elnur Manafov xidməti otağında qırmızı çay qutusu masaya gətirib içərisində narkotik vasitə olan marixuana olduğunu bildirib ondan birlikdə istifadə etmələrini təklif etmişdir. O, razılaşdıqdan sonra Elnur həmin marixuanadan ağ rəngli adi kağıza bükərək bir ədəd büküm hazırlamış və onu yandırdıqdan sonra ikisi də, nəfəs yolu ilə daxilə çəkərək istifadə etmişlər. Elnur Manafovun əvvəllər narkotik vasitələrdən istifadə etməsi barədə heç bir məlumatı olmamış, özü bir müddət əvvəl Rusiya Federasiyasında yaşadığı zaman narkotik vasitə olan marixuanadan bir dəfə istifadə etsə də, hazırki vaxtda birinci dəfə Elnur Manafovla narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitəni Elnurun haradan və nə vaxtı əldə etməsindən xəbəri olmamış və bu barədə aralarında heç bir söhbət baş tutmamışdır. Həmin gün saat təxminən 17:30 radələrində Elnurla birlikdə olarkən qeyd etdiyi yerdə yaxınlaşan polis əməkdaşları özülərini təqdim etdikdən sonra onların qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamalarında şübhəli olduqlarını bildirilmişdir. Polis əməkdaşları tərəfindən onlara hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən təyin edilmiş vəkillər onlara təqdim edilmişdir. Müdafiəçilərə heç bir etirazlarının olmadığını qeyd olunduqdan sonra polis əməkdaşları onlara üzərlərində olan qanunsuz saxladıqları əşyaları çıxarıb təqdim etmələrini bildirmişlər. Bu zaman birinci Elnur Manafov əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd alışqan, kibrit qutusu və siqaret kağızına bükülmüş kütləni, sol cibindən isə bir ədəd “Lenovo” markalı mobil telefonu çıxarıb təqdim emişdir. Həmin siqaret kağızına bükülüyə doldurulmuş kütlə polis əməkdaşı tərəfindən açılaraq baxılmış, sorğu zamanı Elnur Manafov həmin kağız bükülüdəki kütlənin marixuana olduğunu bildirmişdir. Kağıza doldurulmuş kütlə elektron tərəzidə çəkilərək bükümlə birgə ümümi çəkisinin 0,7 qram olduğu müəyyən olunmuş və həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Elnur və onun müdafiəçisi tərəfindən zərfin üzərində imza edilmişdir. Bundan sonra onun da üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirirmiş və o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə açarlar və 70 qəpik pulları çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq Elnurla birlikdə xx xxxxxx 2020-ci il tarixdə saxlanılmazdan əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Üzərinə baxış zamanı hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Bundan sonra başqa yerdə narkotik vasitələrin olub-olmamasını və həmin narkotik vasitələri haradan əldə etmələri soruşulduqda Elnur xidməti otağında narkotik vasitə və çətənə toxumlarının saxladığını bildirmiş, otağa Elnurun icazəsi ilə baxış keçirilərkən Elnur yerdə olan qırmızı rəngli çay qutusunda olan qurudulmuş narkotik vasitəni və ağ rəngli kağıza bükülü 27 ədəd çətənə toxumunu polislərə təqdim etmişdir. Çay qutusundakı narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilərək qutu ilə birlikdə çəkisinin 66,7 qram, çətənə toxumları çəkisinin isə 0,8 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə və çətənə toxumları zərfə qoyularaq qablaşdırılmış, Elnur və müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları xidməti otaqda axtarış aparmış, lakin Elnurun hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Həmin narkotik vasitələrini haradan əldə etdiyini soruşulduqda Elnur həmin ərazidə, yəni, Quba rayon, Dağlı kəndində “Qafqaz” TV-nin stansiyasının yaxınlığındakı kolluqda dəmir vedrədə iki ədəd çətənə bitkisini yetişdirdiyini və onlardan birini qurudaraq istifadə etməsi üçün saxladığını, hazırda da qeyd etdiyi yerdə bir ədəd çətənə bitkisinin olduğunu demişdir. O, Elnurun xidməti otağının qarşısında saxlanılmış, Elnur isə həmin çətənə bitkisini polislərə təqdim etmək üçün onlarla birlikdə qeyd etdiyi yerə getmişdir. Bir qədər sonra isə onlar həmin yerdən qayıtmış və birlikdə rayon polis şöbəsinə aparılmışlar. Orada müvafiq sənədləşmə aparıldıqdan sonra sərbət buraxılmışdır. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin İB-nin baş müstəntiqi Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Məhkəmə Tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Qan və sidik nümunələrinin tərkibində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxxxx 2020-ci il tarixdən, saat 18:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1089/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1089/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver