Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1089/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X2 iştirakı ilə X4 DİN BDYPİ-nin 06 may 2025-ci il tarixli, EQ 27772816 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 məhkəməyə şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30860587 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, Quba rayonu, Bağbanlı kəndində yaşayıram, X1 məxsus “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə etmişdir. Hazırda isə həmin avtomaşını etibarnamə ilə digər şəxs idarə edir. O, 23 sentyabr 2025-ci il tarixdə saat 07:24 radələrində həmin avtomaşınla Quba- Xaçmaz yolunun 9,4-cü kilometrliyində Xaçmaz istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi (mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) ilə təqsirli bilinərək, Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 30860587 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, 400 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, həmin qərar təmamilə əsassızdır. Belə ki, həmin zaman heç bir qayda pozuntusu etməmiş, Həmin avtomaşını hazırda etibarnamə ilə Tahir idarə edir, qayda pozuntusu onun tərəfindən törədilmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və xx.xx.2025- ci il tarixli, EQ 30860587 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, DİN BDYPİ nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30860587 saylı inzibati xəta haqqında qərara əsasən 400 manat cərimə edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İXM-nin: 3-cu maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdə sözügedən tarixdə, eyni maddə ilə cərimə olunmuş şəxsin X6 olmadığı aydın görünür. Məhkəmə qeyd edir ki, inzibati tənbeh tədbiri tətbiq edilən şəxs nəqliyyat vasitəsini faktiki olaraq idarə etmədiyi halda, təkcə sonuncu etibarnamə sahibinin həmin şəxs olması əsasında onun məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30860587 saylı inzibati xəta haqqında qərar ləğv edilməli, xətanı törədən şəxs şikayətçinin əsaslandığı hallar tədqiq olunmaqla müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30860587 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1089/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1089/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver