Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-109/2023 27.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fəəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş X2 işə baxaraq məhəkəmə müəyyənetdi: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində avtomaşını sərxoş vəziyyətdə idarə etməklə, «X3» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Ona görə də Şəxs barəsində Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* №-li X2 protokol tərtib edilərək, X2 icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində X2 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu və hazırda əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Barəsində X2 iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 334.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhəkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin dispozitiv şərti kimi nəzərdə tutulduğu üçün, İXM-nin 33.2-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1-33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-109/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-109/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver