Məhkəmə qərarları › İş №3(027)-1090/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1090/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1090/2025 25.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Bağbanlı kəndində yaşayır.X1 məxsus “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişqnlı avtomaşını etibarnamə əsasında idarə edir. Hazırda isə həmin avtomaşını ilə Tahir idarə edir. Tahir xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində həmin avtomaşınla Quba-Xaçmaz yolunun 9,4-cu kilometrliyində Xaçmaz istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, Azərbaycan Republikası İXM-nin 469.3-cü maddəsi ilə (mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması)ilə təqsirli bilinərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı inzibati tənbeh vermə haqqına qərar tərtib olunmuş,400 manat məbləğində cərimə olunmuşdur. X5 qeyd edir ki barəsində tərtib olunan qərar tamamilə əsassızdır. Belə ki həmin zaman heç bir qayda pozuntusu etməmişdir. Həmin avtomaşını hazırda etibarnamə ilə Tahir idarə edir, qayda pozuntusu onun tərəfindən törədilmişdir. Ona görə də məhkəmə tərəfindən lazimi qaydada araşdırma aparmağı,xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırda şikayətçi iddia edir ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığına görə nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Belə ki, şəxs bildirir ki, nəqliyyat vasitəsi etibarnaməyə əsasən digər şəxs tərəfindən idarə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə sözügedən tarixdə, eyni maddə ilə cərimə olunmuş şəxsin X5 olmadığı aydın şəkildə müşahidə olunur. Məhkəmə hesab edir ki, inzibati tənbeh tədbiri tətbiq edilən şəxs nəqliyyat vasitəsini faktiki olaraq idarə etmədiyi halda, təkcə sonuncu etibarnamə sahibinin həmin şəxs olması əsasında onun məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə əsasən inzibati tənbeh barədə qərar X5 oğluna münasibətdə ləğv edilməli, həmin inzibati xətanı törətmiş şəxsin barəsində müvafiq araşdırılması aparılması üçün AR DİN BDYPİ-yə göndərilməlidir Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. AR DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 30325423 saylı qərarı X4 münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün AR DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar