Məhkəmə qərarları › İş №3(027)-11/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-11/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-11/2023 16.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12562679 nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə təqsirli bilinərək, 250 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş EQ12562679 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində EQ12562679 saylı inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 manat cərimə olunmuşdur. Qərar qəbul edilərkən guya onun Hacıqabul-Sabirabad yolunun 42-ci km-də yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat aşmaqla 138 km/saat sürəti ilə nəqliyyat vasitəsini idarə etməyi əsas gətirilmişdir. O, həmin Qərar ilə razı deyil. Ona qərar təqdim edilməmişdir. Hazırda yazdığı şikayət sadəcə olaraq “SMS radar” proqramı vasitəsilə ona göndərilən məlumat əsasında tərtib edilmişdir. İnzibati orqan tərəfindən qərar qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, aşağıda göstərilən səbəblərə görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. İdarə etdiyi “DAF” FTXF markalı, ** JU *** dövlət qeydiyyat nişanlı “Yəhərli Dartıcı” tipli nəqliyyat vasitəsi iri qabaritli nəqliyyat vasitəsi hesab edilir. Həmin nəqliyyat vasitəsinin zavod istehsalı üzrə maxsimum hərəkət sürəti saatda 120 km. təşkil edir. Eyni zamanda inzibati qərar qəbul edilərkən çəkilmiş foto şəkillərə baxan zaman, hərəkətdə olduğu yolun 1 hərəkət zolağından ibarət olduğu aşkar görsənir. Hətta həmin yol yaşayış məntəqəsində yerləşdiyi də fotoşəkillərlə müəyən edilir. Bir hərəkət zolağı olan yolda onun həmin nəqliyyat vasitəsini saatda 138 km. sürətlə idarə etməyi mümkün deyil. Həmçinin idarə etdiyi nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Mülkiyyətçi tərəfindən həmin nəqliyyat vasitələri GPS sistemi ilə təchiz edilmişdir. Həmin GPS sistemində idarəetmə zamanı bütün hərəkət sürətləri qeydə alınmışdır. Belə ki, inzibati qərarda guya inzibati pozuntu etdiyi saatda (xx.xx.2022-ci il saat 16:37) GPS-ə əsasən əslində hərəkət sürəti saatda 74 km olmuşdur. Texniki xarakteristikasına görə makususm hərəkət sürəti saatda 120 km olan nəqliyyat vasitəsinin saatda 138 km sürətlə, eyni zamanda bir hərəkət zolağından ibarət yolda hərəkət etməsi mümkün deyildir. GPS göstəricilərini də nəzərə alaraq inzibati qərar ləğv edilməlidir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin BDYP-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12562679 nömrəli elektron qərarından X6 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 12562679 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1-Sabirabad yolu 42-ci km-də idarə etdiyi “DAF” FTXF yük markalı ** JU *** Dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km-saat və daha artıq aşmaq qaydalarını pozmuşdur. Lakin iş materillarından görünür ki, “DAF” FTXF yük markalı ** JU *** Dövlət qeydiyyat nişanlı yük avtomobilin maksimum hərəkət sürəti saatda 120 km-dir . İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, “DAF” FTXF yük markalı ** JU *** Dövlət qeydiyyat nişanlı yük avtomobilin maksimum hərəkət sürəti saatda 120 km olduğundan Azərbaycan Respublikası DİN-nin BDYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12562679 nömrəli elektron qərarından X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYP-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12562679 nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYP-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar