Məhkəmə qərarları › İş №3(027)-1104/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1104/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1104/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının, X3, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X4, Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ort təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 1702151-4361 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində İspik kənd meşə ərazisində Zərərçəkmiş şəxs2, X7 və Zərərçəkmiş şəxs1 söymüşdür. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi X2 bildirdi ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə İspik kənd meşə ərazisində bir neçə şəxsin, meşəni doğradığlarını görmüş, o da telefon vasitəsilə onları video çəkilişini aparmışdı. “Zil-31” markalı yük maşınını çəkən zaman meşəbəyi Orxanla Taleh ona təzyiq etmişdilər və cibində olan telefonu almışdılar, aralarında mübahisə yaranmış və onu meşədən kənarlaşdırmışdılar. Sonra da onu tutub PŞ-nə gətirmişdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs1 meşə idarəsinin əməkdaşlarıdır. Şəxs və Zərərçəkmiş şəxs1 meşə gözətçisi işləyirlər. Şəxs meşənin ərazisində yerləşən qanuni qırma sahələrini çəkir xarici blogerlərə atır, tik-toka yerləşdirir, yalandan şər-böhtan xarakterli məlumatlar verir. xx.xx.2025-ci il tarixində də Qafar Tapdıqla meşəni gəzən zaman eyni səhnəni gördüklərində Şahinə yaxınlaşıb səbəbini soruşanda, Şahin onları söyüb təhqir etmiş və onları hədələmişdi. Onlar polisə zəng edib məlumat veriblər və polis də gəlib onu aparıb. Hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xaiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsilə eyni məzmunlu ifadə verərək, Şəxs barəsində qanuni tədbir görülməsini xaiş etmişdilər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokol tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar