Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-111/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Quba rayonu, Amsarqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Amsarqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Quba rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviç tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs Quba Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 3(027)-883 saylı icra sənədinin icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək göstərdi ki, borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərara əsasən 500 manat məbləğində pulu ödəməsi üçün borcluya rəsmi qaydada tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq borclu Quba rayon İcra və Probasiya Şöbəsinə gəlməyərək qərarı üzrsüz səbəbdən icra etmir və icra məmurunun qanuni tələbini yerinə yetirmir. Ona görə də onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 3(027)-883 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə olunmuşdur. Həmin 500 manat məbləğində cəriməni ödəməsi ilə bağlı dəfələrlə icra məmuru tərəfindən ona xəbərdarlıq edilmişdir. İş yeri olmadığından ödənişlər edə bilməmişdir. O, hazırda işsizdir və pulu ödəməyə etiraz etmir, maddi imkanına görə hissə-hissə ödəyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddənin sanksiyası ilə cəzalandırılmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli, 3(027)- 883/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinb, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba rayon İcra Şöbəsinin Şəxs ünvanlanmış bildirişindən görünür ki, ona pul borcunu tələbkara ödəməsi üçün 25 gün müddətinə vaxt verilmişdir. Hesab edirəm ki, Şəxs məhkəmə qərarını 25 gün müddətinə üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Tərəfimdən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs 500 manat məbləğində cəriməni ödəmədiyindən və qərarın çıxarılmasından 25 gün müddətinə vaxt keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində yəni 200 (iki yüz) saat ictimai işlər tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq olunsun. Cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-111/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-111/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver