Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-112/2024 29.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1999-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Quba rayonu, Hacıhüseynli kəndində Zərərçəkmiş şəxs işlətdiyi çayxanaya gələrək onu təhqir etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1663763-514 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba şəhərində yerləşən “Üç Gözəl” şadlıq sarayından toydan çıxaraq, yaşadığı Hacıhüseynli kəndinə qayıtmışdır. Kənddə fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus çayxanaya getmişdir. Orada çayxananın sahibi Zərərçəkmiş şəxs ona çayxanadan çölə çıxmasını bildirmişdir. O, Elnura niyə çölə çıxmasını soruşduqda aralarında söz mübahisəsi yaranmışdır. Əvvəllər də aralarında inciklik olduğundan söz mübahisəsi daha da kəskinləşmişdir. Həmin vaxt sərxoş olduğundan Elnurun sinəsində tutaraq onu divara sıxıb “ağıllı olmasını” demişdir, lakin söyüş söydüyünü xatırlamır. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında həmkəndlisi Şəxs, işlətdiyi çayxanaya sərxoş vəziyyətdə gələrək, əvvəllər aralarında olan söz-söhbətə görə yenidən onunla söz mübahisəsinə başlamışdır. Bu zaman o, Elvinə çayxanadan çölə çıxmasını tələb etmişdir. Elvin isə onun yaxasıdan tutaraq dıvara sıxıb və onu təhqir etmişdir. Daha sonra 102 Xidmətinə zəng vuraraq Elvinin hərəkətləri barədə məlumat vermişdir. Hazırda Elvindən heç bir şikayəti yoxdur. Lakin bir daha belə hərəkətlərə yol verməməsini Elvindən tələb edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-112/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-112/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver