Məhkəmə qərarları › İş №3(027)-1127/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1127/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1127/2025 15.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28667682 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28667682 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi avtonəqliyyat vasitəsini sığorta etdirmək üçün xx.xx.2025-ci il tarixində sığorta xidmətinə yaxınlaşmış, orada sığorta müqaviləsi qeydə alındıqdan sonra avtonəqliyyat vasitəsində cərimə olub-olmamasını yoxlamaqlarını xahiş etmişdir. Orada məlum oldu ki, avtonəqliyyat vasitəsi üzrə 8 ədəd cərimə mövcuddur. Bundan sonra BDYPİ-nə rəsmi müraciət yazmış, onlardan heç bir cavab gəlməmişdir. Daha sonra 102 xidmətinə zəng edərək məsələni aydınlaşdırmaq istədikdə onlar bildirdilər ki, bu barədə araşdırma aparılır və 902 qaynar xəttinə zəng edərək daha ətraflı məlumat əldə edə bilər. O 902 qaynar xəttinə zəng etmiş və onlar bildirdilər ki, müraciəti təyinatı üzrə adiyatı orqana göndərilib. Daha sonra o Quba Rayon Polis şöbəsinə yaxınlaşaraq haqqında tərtib edilmiş protokolları əldə etmişdir. Qeyd etmək istəyir ki, sığortanın bitməsi barədə onun məlumatı olmayıb, bu haqda mənə zəng və ya SMS vasitəsi ilə məlumat verilməyib. Həmçinin barəsində tərtib edilmiş protokollardan məlumatsız olmuşdur. Protokolların mövcudluğu ona xx.xx.2025-ci il tarixində sığorta müqaviləsi qeydə aldırdığı zaman məlum olmuşdur. Qərarlar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş, əlaıvə olaraq qeyd etmişdir ki, o nəqliyyat vasitəsini aldığı zaman sığorta müddətinin bitməsi barədə məlumatı olmamışdır. Hal hazırda avtomobili sığorta etdirmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28667682 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57-1.1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 38.6-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 50.1-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 50.2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Həmçinin qeyd olunmalıdır ki, şəxsin icbari sığorta bildirişi almaması, buna istinad etməsi onu inzibati məsuliyyətdən azad etmir, çunki qanunu bilməmək hüquqi məsuliyyətdən azad olunması üçün əsas hesab edilmir, icbari sığortadan vaxtında keçmək şəxsin öz üzərinə düşən vəzifədir Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 28667682 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 28667682 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar