Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-113/2024 08.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: X1 məhkəməyə müraciət edərək, X2 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və işin yenidən araşdırmaya göndərilməsi barədə qərar verilməsini xahiş etmişdir. Hazırda barəsində X1 məhkəməyə ərizə ilə müraciət edərək, şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 tərəfindən verilmiş şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, X1 məhkəməyə ərizə verərək, şikayətin geri qaytarılmasını xahiş etdiyindən Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-113/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-113/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver