Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1130/2025 04.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutularaq barəsində tərtib edilmiş EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində və istifadəndə 40BP650 dövlət qeydiyyat nişanlı Volswagen markalı avtonəqliyyat vasitəsi vardır. O, idarə etdiyi avtonəqliyyat vasitəsi ilə heç bir yol hərəkəti qaydasının pozuntusuna görə məsuliyyətə cəlb olunmamışdır. İdarə etdiyi avtonəqliyyat vasitəsini sığorta etdirmək üçün xx.xx.2025ci il tarixində sığorta xidmətinə yaxınlaşmış, orada sığorta müqaviləsi qeydə alındıqdan sonra o, avtonəqliyyat vasitəsində cərimə olub-olmamasını yoxlamaqlarını xahiş etmiş, orada məlum olmuşdur ki, onun avtonəqliyyat vasitəsi üzrə 8 ədəd cərimə mövcuddur. Bundan sonra o, BDYPİ-nə rəsmi müraciət yazmış, onlardan heç bir cavab gəlməmişdir. Daha sönra 102 xidmətinə zəng edərək məsələni aydınlaşdırmaq istədikdə onlar ona bu barədə araşdırma aparıldığını və 902 qaynar xəttinə zəng edərək daha ətraflı məlumat əldə edə biləcəyini bildirmişdir. O, 902 qaynar xəttinə zəng etmiş, müraciətinin təyinatı üzrə adiyatı orqana göndərildiyini bildirmişlər. Daha sonra O, Quba Rayon Polis şöbəsinə yaxınlaşaraq haqqıNda tərtib edilmiş protokolları əldə etmişdir. xx.xx.2025-ci il tarixli protokola əsasən İXM-nin 469.3-cü maddəsi ilə, yəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 50 manat məbləğində inzibati cərimə edilmişmişdir. Sığortanın bitməsi barədə onun məlumatı olmamışdır. Bu haqda ona zəng və ya SMS vasitəsi ilə məlumat verilməmişdir. Həmçinin barəsində tərtib edilmiş protokollardan məlumatsız olmuşdur. Protokolların mövcudluğu ona xx.xx.2025-ci il tarixində sığorta müqaviləsi qeydə aldırdığı zaman məlum olmuşdur. Qərarlar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, sığorta müqaviləsinin müddətinin bitməsindən xəbərsiz olmuşdur. 2024-cü ilin sentyabr ayında avtomobili öz adına keçirəndən sonra sığorta elətdirməmişdir. Sığortaya görə heç bir polis əməkdaşı tərəfindən də saxlanılmamışdır. Sığortanın bitməsi barədə onun məlumatı olmamışdır. Bu haqda ona zəng və ya SMS vasitəsi ilə məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını, EQ28108602 nömrəli xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN Quba RPŞ BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi 40BP650 dövlət qeydiyyat nişanlı Volswagen markalı avtonəqliyyat vasitəsi ilə bağlı icbari sığorta müqaviləsinin qüvvədə olmadığı halda nəqliyyat vasitəsini idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqan tərəfindən X2 50 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. X3 şikayətçi ərizəsində göstərmişdir ki, sığorta müddətinin bitməsi barədə məlumatlandırılmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 icbari qaydada sığorta müqaviləsi bağlamadığına görə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 469.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 469.3-cü və 469-1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununa əsasən, nəqliyyat vasitəsinin sığortalanması sahibin vəzifəsidir. Sığorta müddətinin bitməsini izləmək və yeniləmək sahibin üzərinə düşür. Bildirişin gəlməməsi məsuliyyəti aradan qaldırmır. Şikayətdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı tutarlı əsas göstərilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ28108602 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1130/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1130/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver