Məhkəmə qərarları › İş №3(027)-1132/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1132/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1132/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il təvəllüdlü, Quba rayonunda anadan olmuş, Quba rayonu, Bərqov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş X3 materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Quba rayonu, Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* №-li X3 protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, barəsində tərtib edilmiş protokolla tanış olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə, saat təxminən 21:10 radələrində özünə məxsus Mercedes Benz markalı, **-VU-*** nömrəli avtomobillə Quba rayonu, Bəqov kəndi ərazisində hərəktdə olmuş, həmin gün az miqdarda pivə içmiş, yol patrul xidmətinin əməkdaşları onun arxasınca düşmüş, o isə maşını saxlamımşdır. Daha sonra avtomaşını saxlamışdır və içkili olması ilə əlaqədar 400 manat məbləğində cərimə edilmişdir. Həmin vaxt avto xuliqanlıqla bağlı heç bir qayda pozuntusu etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli X3 protokol üzrə X3 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli X3 protokol üzrə X3 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar