Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1132/2025 03.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 27144706 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci i tarixli qərar statuslu protokol ləğv edilib, barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi avtonəqliyyat vasitəsini sığorta etdirmək üçün xx.xx.2025-ci il tarixində sığorta xidmətinə yaxınlaşmış, orada sığorta müqaviləsi qeydə alındıqdan sonra avtonəqliyyat vasitəsində cərimə olub-olmamasını yoxlamaqlarını xahiş etmişdir. Orada məlum oldu ki, avtonəqliyyat vasitəsi üzrə 8 ədəd cərimə mövcuddur. Bundan sonra BDYPİ-nə rəsmi müraciət yazmış, onlardan heç bir cavab gəlməmişdir. Daha sonra 102 xidmətinə zəng edərək məsələni aydınlaşdırmaq istədikdə onlar bildirdilər ki, bu barədə araşdırma aparılır və 902 qaynar xəttinə zəng edərək daha ətraflı məlumat əldə edə bilər. O 902 qaynar xəttinə zəng etmiş və onlar bildirdilər ki, müraciəti təyinatı üzrə adiyatı orqana göndərilib. Daha sonra o Quba Rayon Polis şöbəsinə yaxınlaşaraq haqqında tərtib edilmiş protokolları əldə etmişdir. Qeyd etmək istəyir ki, sığortanın bitməsi barədə onun məlumatı olmayıb, bu haqda mənə zəng və ya SMS vasitəsi ilə məlumat verilməyib. Həmçinin barəsində tərtib edilmiş protokollardan məlumatsız olmuşdur. Protokolların mövcudluğu ona xx.xx.2025-ci il tarixində sığorta müqaviləsi qeydə aldırdığı zaman məlum olmuşdur. Qərarlar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144706 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27144706 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət təmin edilməməlidir. Belə ki: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 50.1-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 50.2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Həmçinin qeyd olunmalıdır ki, şəxsin icbari sığorta bildirişi almaması, buna istinad etməsi onu inzibati məsuliyyətdən azad etmir, çunki qanunu bilməmək hüquqi məsuliyyətdən azad olunması üçün əsas hesab edilmir, icbari sığortadan vaxtında keçmək şəxsin öz üzərinə düşən vəzifədir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27144706 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1132/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1132/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver