Məhkəmə qərarları › İş №3(027)-1137/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1137/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1137/2022 31.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olan yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2022-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2(027)- 516/13 saylı icra sənədinə əsasən Quba rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-389/10 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. xx.xx.2013-cü il tarixdən etibarən, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Şirinova (Poladova) Nərgiz Eyvaz qızına verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2013-cü il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borclulara rəsmi məlumat verilmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borcluların bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub olmaması yoxlanılmışdır. Borcluların gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)- 516/13 saylı icra sənədinə əsasən Quba rayon Məhkəməsinin 27 aprel 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 01 aprel 2013-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs Eyaz qızına verilməldir. O, icra vərəqəsini icra etməkdən yayınmamış, imkanı olan qədər ödəniş etmiş, maddi vəziyyətilə əlaqədar aliment borcunu tam ödəyə bilməmişdir. Hazırda 1000 manat aliment borcundan 500 manat ödəniş etmiş, qalan borcunu yaxın müddətdə ödəyəcəkdir. Göstərdiyi halları nəzərə alaraq, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 27 aprel 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 01 aprel 2013-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməldir. Şəxs yığılıb qalan borcunu ödəmir. O, həmin borcun tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)- 516/13 saylı icra sənədindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)- 516/13 saylı icra sənədinə əsasən Quba rayon Məhkəməsinin 27 aprel 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 01 aprel 2013-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs Eyaz qızına verilməldir. İş materiallarından görünür ki, Şəxs adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-516/2013 saylı icra sənədinə əsasən borclu Şəxs 500 (beş yüz) manat aliment pulu almışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2(027)-516/2013 saylı icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədlərini icra etməkdən imtina etməmiş, aliment borcundan xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində ödəniş etməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, maddi imkanı olmadığından icra sənədini tam icra etməmişdir. İş materiallarından görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, işləməsi və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin işləməməsi, tələb yönəldilə biləcək daşınmaz və daşınar əmlakının, banklarda əmanətlərinin və aylıq gəlirinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Şəxs şəxsiyyətini, hazırda 1000 manat qalıq borcundan 500 manat ödəniş etməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində məhkəmənin icra sənədini qərəzli səbəbdən icra etməmə halı mövcud deyildir. Bu isə öz növbəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini təşkil etmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar