Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1142/2022 11.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X7 ərizəni müdafiə edərək, barəsində tərtib edilmiş Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətində göstərmişdi ki, xx.xx.2022-ci il tarixdə polis-kapitanı X3 onun əleyhinə İP ******* №li elektron qərar çıxarmışdır. Həmin qərarda ancaq adı yazılmışdır. Həmin qərarla, İXM-nin 338.5.5 maddəsini tətbiq edərək onu 40 (qırx) manat cərimə etmişlər, Həmin qərarı çıxararkən polis kapitanı X3 xx.xx.2022-ci il tarixində X5 yazdığı İXP ******* protokolu əsas götürmüşdür. Həmin protokolun sentyabr ayının axırında məhkəmədən ona göndərilmiş fotokopiyasında heçnə oxumaq mümkün deyil. Ancaq sonradan gələrək məhkəmədən aldığı kserosurətlərdə yalnız eynək və lupalardan istifadə edib oxuya bilib ki, xx.xx.2022-ci ildə saat 21:50 radələrində Təngəaltı kəndinin ortasından keçən şosedə yol-nəqliyyat hadisəsi törədilmişdir. Həmin hadisəyə dair İXP ******* saylı protokolu kapitan Əliyev Nail xx.xx.2022-ci il tarixində öz kabinetində tərtib etmişdir. Protokolda yazılanlardan və imzaların sayından görünür ki, sənədi tərtib edən Əliyev Nail adlı polis kapitanı tək olmuşdur. Ancaq o, bu kağızda öz istədiyini yazmışdır, onun yazdıqlarını özündən başqa heç kim imzalamayıb və təsdiq etməyib. Belə ki, bunu o, İXM-nin 338.5.5 maddəsində sadalanan səbəblərin heç birisinin ona aidiyyatı yoxdur. Onun nə inək, nə qoyun, nə at, nə də araba kimi istifadə etdiyi vasitələri yoxdur ki, ya gündüz, yada gecə şose yolundan keçirməklə aparsın. Bu protokolda ona aid nə yazılıbsa yalandır, böhtandır. Bir əşyaki, onda yoxdur, buna dair heç bir sübut da yoxdursa, bunlara əsaslanan qərar da saxtadır, yalandır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN Quba PŞ-nin DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Quba PŞ-nə məlumat verilsə də, Quba PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdi. Belə olan halda, məhkəmə işə, Quba PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 454 nömrəli Çiçi İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X2 rayonu, Təngəaltı kəndində qeydiyyatdadır., Təngəaltı kəndində ona məxsus iribuynuzlu və xırdabuynuzlu mal-qara, at və heç bir nəqliyyat vasitəsi yoxdur. Göründüyü kimi inzibati xəta törədilən zaman X1 nəqliyyat vasitəsi olmamışdır. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 338.5.5-ci maddəsinə əsasən mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Quba PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Quba PŞ DYPB-nin İP ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1142/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1142/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver