Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-115/2022 25.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakı ilə, xx xxxxx 1970-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddəsi ilə Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində sərxoş vəziyyətdə idarə etdiyi Mitsubishi Pajero minik markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin sürətini qəflətən artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmiş, işıqforun qadağanedici işığından keçib, ziqzaqvari hərəkətlər edərək, cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaradaraq, sağ-sol hərəkətləri edərək manevr qaydalarını pozmuşdur. Bu barədə Quba RPŞ-nin X14 Bölməsinin əməkdaşı X11 tərəfindən 02 noyabr 2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 02 noyabr 2021-ci il tarixdə gecə saatlarında bacısı xəstə olduğuna görə aptekdən dərman almağa getmiş, tələsdiyindən işıqforun qırmızı işığını keçmiş və aptekə gedib evə qayıtmışdır. Evə qayıtdıqdan sonra o, paltarını dəyişmiş və yemək yeyərkən spirtli içki qəbul etmişdir. Bundan təxminən 15-20 dəqiqədən sonra Qusar RPŞ-nin rəis müavini Hidayət ona zəng edərək evin ünvanını soruşmuş, daha sonra isə onun ünvanına post patrul xidmətinin əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. O, avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, avtoxuliqanlıq hərəkətləri etməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolla razı deyil. Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, avtoxuliqanlıq hərəkətləri etməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qusar RPŞ-nin X14 Bölməsinin əməkdaşı X11 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 00510 olan 02.11.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 22:15-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.690 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-712/2021 saylı, 03.12.2021-ci il tarixli qərarı ilə Birinci instansiya məhkəməsi Şəxs əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlsə də, onun qara rəngli Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin H.Əliyev prospektindən Ç.Qurbanov küçəsinə yüksək sürətlə əks istiqamətə çıxaraq işıqforun qırmızı işığını keçərək ziqzaqvari hərəkətlərlə və sağ-sol hərəkətləri ilə getdiyini polis əməkdaşlarının ifadələrindən başqa hər hansı bir sübutlar, o cümlədən video yazılı ilə qeydiyyata alınmasını aydınlaşdırılmadığından Qusar Rayon Məhkəməsinin 3(029)-544/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta üzrə material Qusar Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. İnzibati xəta üzrə icraat aparılarkən ədalətli məhkəmə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı X5 qara rəngli Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektindən Ç.Qurbanov küçəsinə yüksək sürətlə əks istiqamətə çıxaraq işıqforun qırmızı işığını keçərək ziqzaqvari hərəkətlərlə və sağ-sol hərəkətləri ilə getdiyini polis əməkdaşlarının ifadələrindən başqa hər hansı bir sübutlarla, o cümlədən video yazılı ilə qeydiyyata alınması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Lakin X2 vəziyyətdə avtomobili idarə etməsi protokollaşdırma nömrəsi 00510 olan 02.11.2021-ci il tarixli alkotesterdən çıxarışı ilə həmin tarixdə saat 22:15-də onun qanında alkoqolun konsentrasiyası 0.690 promilli olmaqla o, sərxoş vəziyyətdə olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən ütməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-115/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-115/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver