Məhkəmə qərarları › İş №3(027)-1152/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1152/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1152/2025 25.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, X1, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 1702132-4806 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, avtobusda Zərərçəkmiş şəxs sakinlər arasında ucadan nalayiq söyüşlərlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X3 DİN-nin 102 xidmətindən zəng daxil olduğunu, protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, bildirmişdir ki, o marketdə işləyir, hər gün marşurutla işə gedib gəlir. xx.xx.2025-ci il tarixində marşuruta minərkən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, Elmira onu söyərək təhqir etmişdir. O Zərərçəkmiş şəxs fikrini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində marşuruta minərkən, Ayselin əyləşdiyini və yanındakı yeri də kiməsə görə saxladığını və heç kimin həmin yerdə əyləşməsinə icazə vermədiyini görüb,ona irad və təklifini bildirmiş, bunun düzgün olmadığını dedikdə, Aysel əsəbi halda hamının yanında ucadan onu nalayiq sözlərlə təhqir etmişdir. O da bundan əsəbləşib 102 xidmətinə müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Hazırda da məhkəmədən Aysel İslamov barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar