Məhkəmə qərarları › İş №3(027)-1167/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1167/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1167/2025 08.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-cı ildə Quba rayonu, Təngəaltı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, orta təhsilli, evli, Quba rayonu, Təngəaltı kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2(067)-2648/2024-007 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş arayış onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(067)- 2648/2024-007 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağa görə 380 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yeri yoxlanılmış və borclunun adında heç bir əmlak həmçinin gəlir yerinin olmadığı məlum olmuşdur. İş üzrə borclu Şəxs bugünədək 4830 manat ödəniş etmiş hal-hazırda 640 manat məbləğində borcu mövcuddur.Eyni borclu Şəxs barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2025 tarixli, xx.xx.2025 tarixli icra sənədlərinə əsasən "xxxx" ASC-yə ümumilikdə 2 məhkəmə icra sənədi üzrə 6712 manat borcu mövcuddur. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 protokolu müdafiə edərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi barədə məlumatı vardır. Günlük işlərlə məşğuldur. Hissə-hissə gəlir əldə etdikcə aliment borcunu ödəyir. 640 manat məbləğində pul da gördüyü işlərin müqabilində bu gün ərzində ona ödəniləcək. Bankla isə razılaşma əldə edərək, hər ay hissə-hissə borcunu ödəyir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, borclu aliment məbləğini vaxtı-vaxtında ödəmir. Hissə-hissə ödəniş edir. Şəxsin barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(067)- 2648/2024-007 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağa görə cəmi 380 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Quba rayon Məhkəməsinin e-2(027)-1689/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il tarixli, 2577nkQUBAb/24 saylı kredit müqaviləsi üzrə 2891 (iki min səkkiz yüz doxsan bir) manat 60 (altmış) qəpik əsas, 479 (dörd yüz yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik faiz borcu, 3 (üç) manat 85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 3375 (üç min üç yüz yetmiş beş) manat 36 (otuz altı) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 54 (əlli dörd) manat 26 (iyirmi altı) qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Quba rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(027)-1767/2025 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2796.10 manat əsas, 413.12 manat faiz borcu, 20 manat cərimə borcu, 1 AZN komisyon haqqı olmaqla, cəmi 3230.22 manat borc, 0.40 manat xidmət haqqı və dövlət rüsumu üçün ödənilmiş 53.46 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” qərara əsasən Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(067)-2648/2024 saylı icra sənədi xx.xx.2024-ci il tarixində icra məmuru Musa Rəhimov icraatına daxil olmuşdur. “İcraata başlamaq haqqında”qərara əsasən Quba rayon Məhkəməsinin e-2(027)- 1689/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixində icra məmuru Musa Rəhimov icraatına daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(067)- 2648/2024-007 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixli bildirişə əsasən tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Quba rayon Məhkəməsinin e-2(027)-1689/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli bildirişə əsasən tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Şəxs tərəfindən Quba rayon İcra şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli izahatda qeyd edilmişdir ki, borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə hesab edir ki, hazırki vaxtadək borclu Şəxs hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mövcud olan borcun məbləğini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar