Məhkəmə qərarları › İş №3(027)-1175/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1175/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1175/2025 01.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Quba rayonu, Ərməkiqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Quba rayonu, Ərməki-qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci tarixdə Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Quba rayonu, Ərməkiqışlaq kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X5 bildirdi ki, Şəxs ilə X2 arasında münaqişənin olması barədə şikayətlər daxil olmuş, həmin şikayətlər əsasında onların izahatlarını almış və protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda Şəxs ilə X2 barışmışlar. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, X2 onun kürəkənidir. xx.xx.2025-ci il tarixdə aralarında münaqişə olmuş, Etibarı itələmişdir. Lakin hazırda barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə aralarında münaqişə olmuşdur və Şəxs onu itələmişdir. Lakin hazırda barışmışlar. Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı İlkin Rəhimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0, 53.0.6-ci maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi xx.xx.2025-ci il tarixdən dörd aya yaxın müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,109,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar