Məhkəmə qərarları › İş №3(027)-118/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-118/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-118/2022 09.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: "xxxx" MMC-nin direktoru X2 Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba regional ərazi şöbəsinin MN ******* saylı, 10.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, şikayətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba regional ərazi şöbəsinin MN ******* saylı, 10.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının "xxxx" MMC tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamış, həmçinin, şikayəti imzalamış Namidar Bəhlulovun "xxxx" MMC-nin direktoru olması və şikayət vermək hüququnun olmasının təsdiq edən hər hansı sənəd və MN ******* saylı, 10.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surəti şikayətə əlavə olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar