Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-118/2025 12.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP 039342 saylı qərarından verdiyi şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP 039342 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2025-ci il tarixli qərarın X4 tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamış, həmçinin, həmin qərarın surəti şikayətə əlavə olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, şikayət X3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP 039342 saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-118/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-118/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver