Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1180/2022 24.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Sumqayıt şəhər Pİ DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati qaydada tənbeh edilmiş və o, inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Sumqayıt şəhər Polis idarəsinə, Şəxs məlumat verilməsinə baxmayaraq, Sumqayıt şəhər Polis idarəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə Sumqayıt şəhər Polis idarəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə işə baxılan zaman müəyyən edildi ki, Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühütin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndiliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşdə olan Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş TP ******* nömrəli protokola əsasən cərimə edilmiş və cərimə 3 ay ərzində ödənilmədiyi təqdirdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən müvafiq qərar qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixində Quba Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə, protokola əlavə edilmiş sənədləri araşdıraraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərədə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0.2, 53.0.6,114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış 3(027)-1180/2022 nömrəli inzibati xəta haqqında işin icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1180/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1180/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver