Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1186/2022 20.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Xaçmaz RPŞ-nin DYPB-nin, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarları, qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xaçmaz RPŞ-yə lazımı qaydada məlumat verilsə də, Xaçmaz RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati işə Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Xaçmaz RPŞ-nin DYPB-nin, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş Xaçmaz RPŞ-nin DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli qərarının Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-1235 saylı qərarı ilə ləğv olunduğunu, ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən TP ******* saylı qərara əsasən 20 manat məbləğində cərimə olunmuş, 3 ay müddətində həmin cəriməni ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-1235/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Xaçmaz RPŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz RPŞ DYPB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 1235/2022 saylı qərarı ilə ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz RPŞ DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 529.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110-118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1186/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1186/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver