Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-119/2022 08.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 04 fevral 2022-ci il tarixdə saat 17:00 radələrində Quba şəhərinin S.Vurğun küçəsində yerləşən Nizami parkının ətrafında “Şahmat” məktəbinin arxasında narkotik maddə adlanan marixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində 08 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, mütəmadi spirtli içki qəbul edir və evdə münaqişə yaradır. Sonuncu dəfə 04 fevral 2022-ci il tarixdə saat 17 radələrində Nizami parkının yanında gəzdiyi vaxt yol kənarında kibrit qutusu tapmış, həmin kibrit qutusunu açaraq baxdıqda içərisində narkotik maddə olan marixuana olduğunu görmüşdür. O, bir neçə dəfə narkotik maddə istifadə etdiyindən baxdıqda onun nə olduğunu tanımış, narkotik maddəni özü ilə götürərək Quba şəhəri ərazisində yerləşən Nizami parkının yanında olan “Şahmat” məktəbinin arxasında heç kimin olmadığı ərazidə siqaretə dolduraraq çəkmişdir. Daha sonra evə gəlmiş və spirtli içki qəbul etmişdir. Bundan sonra halı dəyişmiş və özündən asılı olmayaraq evin əşyalarını dağıtmış, eləcə də ailə üzvüləri ilə münaqişə etməyə başlamışdır. Bir müddət sonra dayısı Renad onlara gəlmiş və halının dəyişdiyini görmüşdür. Ondan narkotik maddə istifadə edib-etmədiyimi soruşduqda o, qorxduğundan dayısına narkotik maddə istifadə etmədiyini demişdir. Ancaq o həmin vaxtı narkotik maddə istifadə etmiş və narkotik maddənin təsiri altında xoşagəlməz əməllərə yol vermişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 04 fevral 2022-ci il tarixdə saat 17:00 radələrində Quba şəhərinin S.Vurğun küçəsində yerləşən Nizami parkının ətrafında “Şahmat” məktəbinin arxasında narkotik maddə adlanan marixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 05 fevral 2022-ci il tarixli 26 nömrəli aktından görünür ki, Şəxs sidik analizi nəticəsində tərkibində çətənə, kannabis bitkisində əsas narkotik aktivliyə malik psixoaktiv komponentlər tetrahidrokannabinol (THC) istifadə etdiyi müəyyən edilmiş, yüngül dərəcəli narkotik sərxoşluğu olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-119/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-119/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver