Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1196/2022 15.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BDYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs yol hərəkəti qaydaları ələyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba Rayon Polis Şöbəsinin əməkdaşı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, Şəxs xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə cərimə ödənişi etmiş, lakin, buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BDYPİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona görə də, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında elektron protokolun icra edilməsi üçün xəbərdarlıq bildirişi Şəxs rəsmi qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BDYPİ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1196/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1196/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver