Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1197/2022 16.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Quba rayonu, Zərqava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 16 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Quba rayonu, Zərqava kəndində polisin qanuni tələbinə məhəl qoymayaraq idarə etdiyi odun dolu yük maşınını həmkəndlisinin həyətinə qoyaraq, polis şöbəsinə sürməmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Quba rayonu, Zərqava kəndində polisin qanuni tələbinə məhəl qoymayaraq idarə etdiyi odun dolu yük maşınını həmkəndlisinin həyətinə qoymuş, polis idarəsinə sürməmişdir. Protokol təhqiqat qərarına əsasən tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 03 oktyabr 2022-ci il tarixdə hal-hazırda hərbi xidmətdə olan sinif yoldaşı İftixar Mikayılov ona zəng vurub xahiş etmişdir ki, anası Çiçi kəndində yaşayan bir şəxsin həyətindən 20 kv.metr odun alıb, gedib götürmək lazımdır. O da onun sözündən çıxmayıb oğluna məxsus kamaz maşınla odunu gətirməyə gedib. Yolüstü, Sırt Çiçi kəndinə qalxanda, yoxuşda qarşılarına mülki geyimli şəxslər çıxıb. Həmin şəxslər 3 nəfər olub, ona maşını saxlaması deyilib, lakin yoxuş olduğu üçün yüklü maşını saxlamayıb, həm də həmin şəxslərin kim olduqlarını bilməyib. Polis əməkdaşları onunla mübahisə edib soruşandaki, “niyə polisin əmrinə tabe olmayıb maşını saxlamadın?”, izah edib ki, tanımayıb, həm də ki, həmin sərt yoxuşda yüklü maşını saxlaya bilməzdi. Polis əməkdaşının ona maşını “sür şöbəyə” tələbinə məhəl qoymayaraq o maşını döstunun həyətinə sürərək və odunu həyətə boşaldıb. Odunu da dostunun xahişi ilə anası üçün gətirib, yalnız maşına 12 manat dizel yanacağı tökülüb. Başqa marağı olmayıb. Şəxs izahatında qeyd etdi ki, evdə yataq xəstəsi oğlu, 82 yaşında anası var. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin sənədlərini tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materialında olan 14 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, fakt ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan topıanmış material aidiyyatı üzrə Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs tutduğu əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 535.1, 48-51-ci, 114-cü və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1197/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1197/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver