Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1211/2025 04.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə xx.xx.2025-ci il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Xaçmaz rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində keçirilən test yoxlaması zamanı Şəxs narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli həmin inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, narkoloji kabinetində keçirilən test yoxlaması zamanı Şəxs narkotik vasitə çətənə bitkisi marixuana çəkməsi aşkar edilmiş, sonuncunun barəsində ptorokol tərtib etmişdir. Şəxs inzibati qaydada xx.xx.2025-ci il tarixdə tutulmuş, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, bir iki dəfə narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməldən peşman olmasını, yaxın zamanda övladı doğulacağını, anasının illər əvvəl xərçəng xəstəliyindən, atasının isə bir həftədir ki, vəfat etməsini nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: Quba RPŞ-nin PPXB-nın polis nəfəri polis serjantı Yalçın Abasovun raportundan görünür ki, Şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı Xaçmaz RMX-da test üsulu ilə analiz götürülmüş, test pozitiv qiymətləndirilmişdir; “şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” xx.xx.2025-ci il tarixli 286 nömrəli protokoldan görünür ki, Şəxs üzərindən heç bir qiymətli əşya və pul aşkar edilməmişdir; “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin” xx.xx.2025-ci il tarixli 72 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs çətənə bitkisi marixuana istifadə etdiyi aşkar olundu. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:30-da azad edilmişdir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati qaydada tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona 206-cı maddədə nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1211/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1211/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver