Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1216/2023 19.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, xx.xx.1992-ci ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı götürülmüş sidik nümunəsində narkotik maddə qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında Protokol tərib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, Quba rayon, Mirzəqışlaq kənd sakini Şəxs Quba rayonu, Mirzəqışlaq kəndində şübhəli davranışı müəyyən edilmiş və saxlanarkən narkotik vasitə sayılan marixuana istifadəçisi olduğunu etiraf etmişdir. Bununla əlaqədar narkotik vasitə qəbul edib-edilməməsinin müəyyənləşdirilməsindən ötrü bioloji nümunələr götürülmüş və nəticədə bioloji nümunələrin tədqiqi zamanı, Şəxs narkotik vasitə sayılan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə kənddə olduğu zaman yolun kənarında yerdə balaca bir kağız bükülüsündən tapmış və içərisində marixuanaya aşkar etmişdir. Daha sonra həmin maddəni siqaretin içinə dolduraraq çəkmişdir. Həmin günün gecəsi, yəni xx.xx.2023-cü il tarixdə kənddə yolun kənarında dayandığı zaman özünü şübhəli apardığı üçün xidmətdə olan polis əməkdaşları onu polis şöbəsinə gətirmiş və həkim tərəfindən keçirilmiş yoxlama zamanı narkotik vasitəni qəbul etməyi aşkar olunmuşdur. Əməlindən peşmandır və inzibati qaydada cərimə edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs tibbi müayinəsi zamanı marixuana istehlak etdiyi aşkar edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 72 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan göründüyü kimi, Şəxs narkotik test müayinəsi nəticəsində (THC+) marixuana çətənə bitkisi istifadəsi aşkar olunmuşdur. Narkotik maddə qəbulu nəticəsində yüngül dərəcə sərxoşluq müəyyən edilmiş və məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törətdiyi əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati həbs tətbiq edilməsi tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 72 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda müayinənin 11:35-də aparıldığı qeyd olunmuşdur. Şübhələnildiyi üçün saxlanması, müayinəyə aparılması və müayinədən sonra materialın tərtibinə ağlabatan müddət tələb olunduğunu, barəsində icraat aparılan şəxsin gecə saxlanması barədə izahatını və həmçinin əksini sübut edən hər hansı sübut olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 18 may 2023-cü il, saat 00:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 114-115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək və AR İXM-nin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 18 may 2023-cü il, saat 00:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1216/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1216/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver