Məhkəmə qərarları › İş №3(027)-1217/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1217/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1217/2023 01.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Quba rayonu, Susay kəndinə anadan olmuş, Quba rayonu, Susay kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində idarə etdiyi “VAZ21124” minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşınla piyadanı vurmuşdur. Bu barədə Quba RPŞ-nin X4 Bölməsinin əməkdaşı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Quba rayonu, Susay kəndindən özünə məxsus olan Vaz-21124 markalı, **-BK- *** dövlət nömrə nişanlı avtomobil ilə 50 km\saat sürətlə Quba şəhəri istiqamətinə hərəkət zamanı, Quba rayonu Alpan kənd yolunda bir nəfər qadının yolun ortasında dayandığını görmüşdür. Yer buzlu olmuşdur və o, əyləci və siqnalı basmışdır. Sonra mexaniki sürət qutusunu 4-dən 3-ə endirmişdir ki, sürət yavaşlasın. Piyada avtomobilinin qarşısına tərəf hərəkət etmiş və o, avtomobili yolun sağına tərəf döndərmişdir ki, ona dəyməsin. Lakin avtomobil sürüşmüş və arxa hissəsi həmin qadına dəymişdir. Avtolomobil yolun kənarında olan işıq dirəyinə dəyib dayanmışdır. O, dərhal yerə düşmüş və qadının yerdə uzandığını görmüşdür. O, təcili yardıma zəng etmiş və qadını avtomobilinə qoyaraq Quba istiqamətində gətirmişdir ki, yolda təcili yardıma versin. Quba-Qusar yolunda təcili yardım avtomobilini qarşılayıb xəstəni avtomobilə mindirib xəstəxanaya gətirmişlər. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Əliyev Rasim oğlu tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır Ona görə də, Şəxs Bağrı oğlunun barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməlidir Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar