Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1229/2023 22.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş MN seriyalı 1603162-3474 №li nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində 5-ci məhəllədə aralarında şəxsi münasibətlər zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində yaşadığı fərdi yaşayış evinin hasarının 3-4 metr hissəsini Kamaz markalı yük avtomaşını uçurmuşdur. Buna görə çölə çıxaraq yük maşının sürücüsünə yaxınlaşmış və ona dəymiş ziyanın ödəməsini bildirmişdir. O, ona 50 manat pul verə biləcəyini demiş, o da ziyanın daha çox olduğunu bildirmişdir. Daha sonra Etiram telefonla danışaraq oradan uzaqlaşmışdır. Aralarında olan söz mübahisəsi təxminən 15-20 dəqiqə davam etmişdir. Qeyd etmişdir ki, mübahisə zamanı o, Etiramı vurmamışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində özünə məxsus Kamaz markalı, **-CA-*** d.q.n-lı avtomaşınla Quba rayonu, 1-ci Nügədi kəndinə Sara adlı şəxsin evinə mişar daşı gətirmişdir. Oradan çıxan zaman dönəndə idarə etməni itirib hasara dəymiş və daş hasarın təxminən 1-2 metr hissəsi uçmuşdur. Daha sonra sonradan adının Əvəz olduğunu bildiyi ev sahibi gəlmişdir. Ünsiyyət zamanı aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Əvəz onu vurmamışdır. Onu vuran başqaları olmuşdur. Həmin şəxslərin kim olduğunu da bilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2012-ci il tarixli, 1098 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərsağ əlin İİ, İİİ, İV barmaqlarının arxa səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 26 dekabr 202-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Şəxs ilə Zərərçəkmiş şəxs arasında söz mübahisəsi olmuş, bu zaman Şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməmiş və ona qəsdən fiziki ağrı yetirməmişdir. İşdə Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs vuraraq, döymə və zorakı hərəkətlərlə ona qəsdən fiziki ağrı yetirməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Halbuki bu sübutları təqdim etmək və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu sübut etmək vəzifəsi onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin üzərinə düşür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında hadisə vaxtı Zərərçəkmiş şəxs vurmamasını və ona fiziki ağrı yetirməməsini göstərmişlər. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs vurması və ona qəsdən fiziki ağrı yetirməsi, bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşdəki mötəbər sübutlarla Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs vurması və ona qəsdən fiziki ağrı yetirməsi və bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunmur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadədən də məlum olur ki, hadisə vaxtı Zərərçəkmiş şəxs Şəxs yox digər şəxs (şəxslər) vurmuşdur. Həmin şəxs(lər)in müəyyən olunaraq məsuliyyətə cəlb olunması üçün qərarın surəti Quba RPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110-118 və 128-133-cü maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs vuran şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması üçün qərarın surəti Quba RPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1229/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1229/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver