Məhkəmə qərarları › İş №3(027)-1235/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1235/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1235/2022 06.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdi. Məhkəmədə X3, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP5143804 saylı qərarın ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Xaçmaz Regional İdarəsinə məcburi qaydada həyata keçirilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş etdi. X3 şikayətində göstərmişdi ki, 22 iyul 2022-ci il tarixində Xaçmaz şəhəri, Bakı prospektinin Xaçmaz-Bakı, Xaçmaz-Quba və Xaçmaz-Xudat şəhərlər arası yolların kəsişmə yeri üzrə dairəyə yaxın ərazidə, yolun hərəkət hissəsinin sağ kənarında idarə etdiyi **-UX-*** Dövlət nömrə Nişanlı avtomobilini 1-2 dəqiqəlik dayandırıb içərisində əyləşdiyi zaman özünü təqdim etməyən, şəxsiyyəti bəlli olmayan YPX-nin əməkdaşı idarə etdiyi xidməti avtomobilindən düşüb ona vaxınlaşaraq, insanların sıx hərəkət etdiyi ictimai məkanda, Polis adına yaraşmayan bir tərzdə, hamının gözü qarşısında çox kobud və qeyri etik bir şəkildə ətrafda olan insanların da eşidə biləcək uca səslə, təhqiramiz ifadələr işlədərək onu təhqir etmiş və polis idarəsinə aparacağı ilə hədələmişdir. O həmin YPX əməkdaşına səs tonunu aşağı salmağı və özünü təqdim etməyini xahiş etsə də, onun dediyi xahişləri belə nəzərə almadan daha uca səslə onu təhqir etmişdir. Qeyd olunan hadisə "Təhlükəsiz şəhər" video müşahidə qurğuları vasitəsilə qeydiyyata alınmışdır. O həmin Polis əməkdaşına onun barəsində DİN “102” xidmətinə və adiyyatı üzrə rəhbərliyinə şikayət edəcəyini bildirdikdə isə, o ərazidən uzaqlaşmışdır. Bu söhbətdən bir müddət sonra onun telefonuna SMS RADAR vasitəsilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun tərtib edildiyi barədə xəbərdarlıq gəlib. 07 avqust 2022-ci il tarixində yazılı şəkildə Xaçmaz rayon X6 Patrul Xidmətinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun tərtib edilməsinə səbəb olan video və foto görüntülərin təqdim edilməsini tələb edib. Lakin Xaçmaz rayon X6 Patrul Xidməti xx.xx.2022-ci ildə ona cavab verərək idarə etdiyi **-UX-*** Dövlət nömrə Nişanlı avtomobilin üzərinə saxlanılma və mühafizə olunan duracağa yerləşdirmə barəsində qərar göndərmişdilər. Xaçmaz rayon X6 Patrul Xidmətinin onun məktubuna gec cavab verməklə həm cərimə məbləğinin üzərinə dəbbə pulunun gəlməsinə, həm də məhkəməyə müraciət etmək üçün vaxtın uzadılmasına səbəb olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq AR Konistitusiyasının, MPM-nin və Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinə əsaslanaraq ona məxsus "KİA CEED" markalı **-UX-*** dövlət nömrə nişanlı avtomaşına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP5143804 saylı qərarın ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Xaçmaz Regional İdarəsinə məcburi qaydada həyata keçirilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtmişdi. İşə baxılmasının yeri və vaxtı barədə Xaçmaz PŞ-nə məlumat verilsə də, Xaçmaz PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdi. Belə olan halda, məhkəmə işə, Xaçmaz PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 iyul 2022-ci il tarixli elektron portaldan mıxarışın surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Xaçmaz PŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və ona cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 124.5-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmədə müəyyən edildi ki, Xaçmaz PŞ DYPB tərəfindən X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli qərar Azərbaycan Respublikası İXM-nin 124.5-cı maddəsinin tələbinə əməl edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən X1 rayonu, Qırmızı Slobada qəsəbəsi, Fətəlixan küçəsi, ev 260 ünvanında qeydiyyatdadır . Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nin TP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz PŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar