Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-124/2024 05.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, “Kristal” TM-də sürücü işləyən, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan və həminkənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Quba rayonu, Qam-Qam kəndində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı həmkəndlisi X2 döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Quba şəhərində yaşayan qohumu Zərərçəkmiş şəxs1 evinə övladını görmək və aparmaq üçün gələrək, orada Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı döyərək onlara dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, 2016-cı il tarixdən Zərərçəkmiş şəxs2 ilə evlidirlər. Onların 3 övladı vardır. Son vaxtlar evində söz-söhbət olmuş və Aynur anası ilə yaşaağa qərar vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində o, uşağı görmək və barışmaq üçün yoldaşının yaşadığı evə getmiş və Aynuru aparmaq istədikdə, qaynanası Asiman onu təhqir etmişdir. O. uşağı qucaqladığı zaman onlar onun üzərinə gəldikdə, hər ikisini kənara itələmişdir. Mübahisə 5-10 dəqiqə davam etmişdir. O, onları döyməmiş, yalnız itələmişdir. Əməlindən peşman olduğunu və məhkəməyə ərizə təqdim edərək, zərərçəkmişlə barışdığını qeyd edərək, inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, 2016-cı il tarixdə Xaçmaz rayonu Qusarçay kənd sakini Şəxs ilə rəsmi nikahla ailə qurmuş və 3 övladı olmuşdur. Təxminən 1 aydır ki, münasibətləri pozulduğu üçün anası Zərərçəkmiş şəxs1 evində yaşayır. O, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Ruslan gəlib həyətdə anasını və onu təhqir edib, uşağı aparacağını bildirmişdir. Daha sonra anası Asimanın saçından dartıb və boğazından tutmuşdur. Sonra onun da saçından tutub dartışdırıb bədəninə təpiklə vurmuşdur. Sonra uşağı aparmaq istədiyi zaman ona mane olmuşlar. Mübahisə 20 dəqiqə davam etmişdir. Ərizə təqdim edərək barışdıqları üçün ərindən şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 iləeyni məzmunlu izahat vermiş və ərizə təqdim edərək barışdıqları üçün Ruslandan şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 yanvar 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 25 nömrəli, 11 yanvar 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarət- sol budun orta 1/3-nin bayır səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 11 yanvar 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 25 nömrəli, 11 yanvar 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlərsifətində və boynunda sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 11 yanvar 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-124/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-124/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver