Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1241/2025 09.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTelman oğlunun iştirakı ilə xx.xx.1990-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Quba rayonu, Mahmudqışlaq kəndi qeydiyyatda olan və Quba rayon İsnov kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8(067)-19 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli protokola əlavə edilmiş arayışa əsasən Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8(067)-19/2025 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin 2(067)-2712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri , daşınardaşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Bildirmişdir ki, iş üzrə borclu Şəxs bu günədək 1400 manat aliment borcu mövcuddur. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında qeyd etmişdir ki, şəxs hazırda 250 manat məbləğində pul ödənişi həyata keçirmişdir. Lakin hazırda 1150 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, hazırda 250 manat məbləğində ödəniş etmişdir. Qalan borcu birdəfə ödəməyə maddi imkanı olmadığını ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, şəxsin verdiyi 250 manat məbləğində aliment borcunu götürməyə razıdır. Maddi durumu yaxşı vəziyyətdə deyildir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-19/2025 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kiıni saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay uşaq üçün 150 manat sabit məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-19/2025 nömrəli qərardasına əsasən məhkəmənin qətnaməsinə əsasən tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişin surətindən göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8(067)-19/2025 saylı icra sənədinin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddə ilə inzibati xəta tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsini icra etməkdən boyun qaçırmır və hazırkı tarixdə də 250 manat məbləğində ödəniş həyata keçirmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Beləliklə də, sözügedən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-1241/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1241/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver