Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1242/2023 23.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1976-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “Güvən İnşaat” mağazasından 2 ədəd tərəzi, 1 ədəd dəmir kəsən mişar oğurlayaraq Zərərçəkmiş şəxs 110 manat ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs X3 izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon sakini Şəxs 06 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “Güvən İnşaat” mağazasından fəaliyyət göstərən vaxtı 1 ədəd 28 manat dəyərində olan tərəzi, 1 ədəd 32 manat dəyərində olan tərəzi, 50 ədəd hər biri 1 manat dəyərində olan dəmir kəsən mişarın ehtiyat hissəsini oğurlamaqla mağaza sahibi Zərərçəkmiş şəxs 110 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə ona protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:00 radələrində Quba şəhərindən Xaçmaz rayonuna gedərkən pulu olmadığından Quba rayonu Timiryazev qəsəbəsində yerləşən inşaat materialları mağazasına girmiş, satıcıların başının qarışıq olduğunu görüb piştaxtadan 2 ədəd tərəzini və 50 ədəd dəmir kəsən mişarın ehtiyyat hissəsini götürüb mağazadan çıxmış, oğurladığı əşyaların hamısını bir yerdə Xaçmaz rayon bazarında həmin günü tanımadığı şəxsə 30 manata satmış, pulu da tək xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində o, həmin mağazaya gips almaq üçün girmiş, mağazanı işlədən şəxs ona yaxınlaşıb xx.xx.2023-cü il tarixdə oradan 110 manat dəyərində əşyalar oğurladığını demiş, o, həmin əşyaları oğurladığını etiraf etmiş, daha sonra polis əməkdaşları yaxınlaşıb onu Quba RPŞ-nə aparmışlar. Bildirmişdir ki, daha öncə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.1 maddələrilə müxtəlif vaxtlarda məhkum olunmuşdur. Hazırda azadlığın məhdudlaşması cəzasını məkir. Əməldən peşmandır və barəsində həbslə əlaqəli olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “Güvən İnşaat” tikinti materialları mağazasını icarə ilə işlədir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində mağazada piştaxtadan 2 ədəd tərəzinin yerində olmadığını görmüş, satıcılardan tərəzilərin satılıb-satılmadığını soruşduqda, onlar satılmadığını bildirmişlər. O, kameraya baxdıqda 1 ədəd 28 manat dəyərində olan tərəzinin, 1 ədəd 32 manat dəyərində olan tərəzinin, 50 ədəd hər biri 1 manat dəyərində olan dəmir kəsən mişarın ehtiyat hissəsi “palatno”nun mağazaya müştəri qismində girən tanımadığı şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. İşləri çox olduğundan bu barədə polisə məlumat vermək yadından çıxmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində mağazaya müştəri kimi girən şəxsin özünü şübhəli aparması diqqətini cəlb etmiş, həmin şəxsin xx.xx.2023-cü il tarixdə mağazadan 110 manat dəyərində avadanlıq oğurlayan şəxs olduğu yadına düşmüşdür. Sonra ona məlum olmuşdur ki, həmin şəxs Xaçmaz rayon sakini Şəxsdur və bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Hazırda dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 may 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğurlama yolu ilə özgə əmlakını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, zərərin ödənilməməsini nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 22 may 2023-cü il tarixdə saat 20:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdə saat 20:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən hüquqların məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1242/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1242/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver