Məhkəmə qərarları › İş №3(027)-1245/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1245/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1245/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1964-cü ildə Quba rayonu, Dəlləkli kəndində anadan olmuş, Azərbaycan vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Quba rayonu, Dəlləkli kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Quba rayonu Dəlləkli kəndində Zərərçəkmiş şəxs əl ilə sifət nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Quba rayonu Dəlləkli kəndində Zərərçəkmiş şəxs əl ilə sifət nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, bildirdi ki, Nurlana borcu olub, maddi vəziyyətilə əlaqədar borcunu dediyi vaxtda qaytara bilməyib. Sonuncu dəfə Nurlan 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında onun yaşadığı Quba rayonu, Dəlləkli kəndindəki evinin qarşısına gəlib orada qəsdən səs-küy salaraq pulu çatdırmağı tələb edib. O qapıya çıxdıqda, Nurlanın yanında bir nəfər Rafiq adlı dostu da olub. O Nurlana səs-küy salmamasını xahiş edib, hazırda pulu olmadığını bildirib. Onlardan evinin həyətindən çıxmasını tələb edib. Nurlan ona pulun əvəzində ona məxsus bağ sahəsinin sənədlərini ona verməyi tələb edib. Belə ki, Nurlan həmin sənədi girov qoyub başqasından 5600 manat dəyərində meyvə alacağını, qalan pulu da sonra onun özünün həmin şəxslə haqq-hesab etməyini bildirib. Lakin o buna razı olmayıb. Nurlan qışqıraraq söz-söhbət salıb, belə olan halda o Nurlanı vurmayıb, həyətindən çölə çıxarıb qapını bağlayıb. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, sonuncu dəfə o, Rasimin yaşadığı evə gedərək ona borclu qaldığı 5600 manat pulu geri istədikdə, Rasim onun üzərinə gələrək nə üçün qapısına gəldiyini irad bildirib və aralarında mübahisə yaranıb. Rasim onu sağ əli ilə sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirib. Hazırda şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-in 221- ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərar, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 40, 43, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar