Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1247/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, xx.xx.1967-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə həmkəndlisi X1 məxsus qoz ağacını kəsdirmiş, nəticədə ağac Zərərçəkmiş şəxs çəpərinə dəymiş, nəticədə sonucuya maddi ziyan dəymişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Mübariz Zəkəryəyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Quba rayonu, Çiçi kəndində yaşayan Zərərçəkmiş şəxs 25 sentyabr 2022-ci il tarixdə müraciətində qeyd olunan xüusatlar öz təsdiqini tapmış, hadisə yerinə baxış zamanı diometri 60 sm olan qoz ağacının kəsildiyi, eləcə də həmin ağacın sonuncunun həyətyanı bağ sahəsinin sərhədləri olan çəpərinin üzərinə düşərək 25 metr uzunluğunda çəpərinə ziyan vurduğu aşkar edilmişdir. Bundan əlavə, qoz ağacının olduğu ərazinin X1 məxsus olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, ağacın kəsilməsinin təşəbüskarı Şəxsdur. Şəxs Gülağa Nuriyevə məxsus ərazidən qoz ağacını kəsdirən zaman Zərərçəkmiş şəxs çəpərini zədələmişdir. Zərərçəkmiş şəxs çəpərinin aşması nəticəsində ona 200 (iki yüz) manat dəyərində ziyan dəymişdir. Göründüyü kimi Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə 11 noyabr 2022-ci il tarixli, 1412885-1851 №-li İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs vaxtında məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 200 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1247/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1247/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver