Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1250/2022 09.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 ərizəni müdafiə edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdi ki, Azərbaycan Respublikası Konistitusiyasının 1.7. 12, 13. 24. 25. 26, 29, 57, 60, 71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, vətəndaşların hüquqlarını qorumağa təminat verir, hər kəsin mülkiyyət, hüquq və azadlıqları və müraciət etmək hüququ vardır, məhkəmədə hüquqların müdafiəsini təminat verir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən pozulmuş hüquqlarını müdafiə edə bilmir. Belə ki. xx.xx.2022 tarixində şəxsi avtomobiliylə (99UX1.38) guya Quba şəhərində yol hərəkəti qaydasını pozduğuna dair sms məlumat alıb. Araşdırdığı zaman məlum olmuşdur ki, Quba şəhərində yerləşən təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış və elektron Formada yazılmış protokol (l\Q9913755) tamamilə qanunsuz və qərəzli məqsədlə yazılmışdır. Belə ki. qeyd olunan tarixdə Quba rayonunda yerləşən doğum evinin qarşısından keçərək {həmin küçə adsızdır} Fətəli.xan küçəsi istiqamətində hərəkət etmiş, daha sonra Fətəlixan küçəsi ilə kəsişmədən sola yəni Qəçrəş kəndi istiqamətində hərəkət edib {gəldiyi istiqamətdən həmin yol kəsişməsinin fotoşəkillərini məktuba əlavə edib). Məsələ burasındadır ki, doğum evi istiqamətindən gələrkən Fətəlixan küçəsi ilə kəsişmədə yalnız 2.4 yol ver nişanı yerləşdirilib. Qeyd olunan kəsişmədə 3.18.2 sola dönmək qadağandır və ya 4.1.2 sağa məcburi hərəkət yol nişanlarından hər hansı biri olmadığı üçün protokolu tərtib edən və ya bu işdə məsul olan şəxs ya tamamilə savadsızdır, ya da bu işdə hər hansı marağı və ya qərəzi var. Bunun başqa izahı ola bilməz. Bir müddət sonra telefonuna SMS RADAR vasitəsilə xx.xx.2022-ci il tarixli, EQ ******* saylı Qərar qəbul edildiyi barədə xəbərdarlıq gəlib. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdi. Belə olan halda, məhkəmə işə, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 manat cərimə cəzası tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın vətəndaşlığı qeyd edilməmiş və iş mareriallarından olan fotoşəkillərdə, həmin ərazidə sola və geriyə dönmənin qadağan edilməsi hər hansı yol nişanı mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 339.1-1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 328.1-ci maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1250/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1250/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver